• $
  • €
  • ₽
  • ₺
  • £

Kolleclərə ayrılan plan yerlərinin sayı azaldıldı

Kolleclərə ayrılan plan yerlərinin sayı azaldıldı
04.05.2015 14:27
"Bu il 9 illik bazadan kolleclərə ayrılan plan yerləri keçənilki plan yerləri ilə müqayisədə fərqlənir. Belə ki, 2014-cü ildə ümumi plan yerlərinin sayı 9 601 idisə, bu il isə 8 928 olub. Yəni, bu il təxminən 700 yer azalıb".

"Report" xəbər verir ki, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, plan Azərbaycan bölməsi üzrə keçən il 8 871 yer idisə, bu il 8 219 yer olub: "Rus bölməsi üzrə keçən il 215 yer idisə, bu il 190 yerdir. Birgə müsabiqə üzrə yerlər keçən il 515 idisə, bu il 519 yer nəzərdə tutulub. Mayın 1-dən 9 illik bazadan orta ixtisas təhsili müəsisələrinə ərizə qəbulu başlayıb. Bu gün saat 10-a kimi 1 343 nəfər öz ərizələrini təsdiq etdirib. Onlardan 1 309 nəfəri ərizəsini özü, cüzi hissəsi isə ərizəsini Sənəd Qəbulu Komissiyasında təsdiqləyib".

TQDK sədri həmçinin əlavə edib ki, iyunun 2-dən etibarən Azərbaycanda buraxılış imtahanları başlayacaq: "Buraxılış imtahanları ilk olaraq Bakı şəhərində, sonra isə cədvəl üzrə müxtəlif regionlarda olacaq. Hazırda müəyyən dəqiqləşmələr aparılır və hansı istiqamətlər üzrə rayonların imtahan verəcəyi tarix yaxın zamanlarda açıqlanacaq. Əvvəlki illərin məzunları üçün qəbul imtahanları isə mayın 17-də və 24-də, cari ilin məzunları üçün isə iyul ayında olacaq".

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol