• $
  • €
  • ₽
  • ₺
  • £

Böyük Vətən Müharibəsi veteranları üçün pulsuz təyyarə bileti

Böyük Vətən Müharibəsi veteranları üçün pulsuz təyyarə bileti
06.05.2015 10:26
"Aeroflot” Qələbənin 70 illik yubileyi şərəfinə Böyük Vətən Müharibəsi (BVM) veteranlarının daşınmasını həyata keçirməyə başlayıb.

Oxu.Az xəbər verir ki, bu barədə aviaşirkətin press-relizində deyilir.

BVM veteranlarına pulsuz biletləri təqdimetmə üzrə irimiqyaslı aksiya ənənəvi olaraq 14 ildir ki, keçirilir. "Aeroflot”un builki aksiyasında isə bir qədər dəyişikliklər də edilib.

İndi "Aeroflot” Sovet İttifaqı Qəhrəmanlarına və "Şöhrət” ordeni kavalerlərinə biznes-klass biletləri təqdim edəcək. Digər veteranlar üçün isə imtiyaz və imkanların siyahısı artırılıb.

"Aeroflot” ödəmə tariflərini, rüsumların ödənməsini öz üzərinə götürür. Bundan başqa, bayram aksiyasının hər bir iştirakçısı, bir müşayiətçi şəxsin pulsuz uçuşunu da qeydiyyatdan keçirə bilər”, - məlumatda deyilir.

Aksiyanın digər iştirakçılarına və veteranları müşayiət edənlərə təyyarədə sərbəst yerlər olduğu halda xidmətin daha yüksək səviyyəsi təklif ediləcək.

BVM veteran və əlillərinə, eləcə də faşizmin azyaşlı əsirlərinə Rusiya Federasiyası ərazisində istənilən istiqamətdə marşrut üzrə bilet təklif edilir.

Bundan başqa, Böyük Vətən Müharibəsi iştirakçıları və Böyük Vətən Müharibəsi əlillərinə əlavə olaraq Rusiya və MDB ölkələrindən Baltikyanı, Gürcüstana, Avropa ölkələrinə: Bolqarıstan, Macarıstan, Almaniya, Polşa, Rumıniya, Serbiya, Xorvatiya, Avstriya, Çexiya, eləcə də Azərbaycan, Ermənistan, Belarus, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Ukrayna, Tacikistan, Latviya, Estoniya, Litva, Moldova, Gürcüstan və Rusiya şəhərləri arasında uçuş imkanı verilir.

Digər kateqoriyalı BVM veteranları, eləcə də faşizmin azyaşlı əsirlərinə Rusiyadan MDB ölkələrinə, Baltikyanı, Gürcüstana, eləcə də MDB, Baltikyanı, Gürcüstan və Rusiya Federasiyası məntəqələri arasında uçuş imkanları verilir.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol