• $
  • €
  • ₽
  • ₺
  • £

Rektor: "BSU-da yeni ixtisaslar açılacaq"

Rektor: "BSU-da yeni ixtisaslar açılacaq"
06.05.2015 11:38
"Bu il Bakı Slavyan Universitetinə müxtəlif ixtisaslar üzrə qəbul planının artırılması nəzərdə tutulub".
 
BSU-un rektoru, professor Asif Hacıyev "Report"a açıqlamasında belə deyib.

Onun sözlərinə görə, universitetin həm Azərbaycan, həm də rus bölməsinə qəbul olunan tələbələrin sayı artırılacaq. A.Hacıyev bildirib ki, 2015-ci ildə BSU-da yeni ixtisasların açılması da nəzərdə tutulub: "Artıq ixtisasların artması ilə bağlı təkliflərimizi vermişik".

Rektor qeyd edib ki, ötən il BSU-un  məktəb-litsey kompleksi tam təmir olunub: "Universitet üçün yeni bina, korpusun tikintisinə gəldikdə isə hələlik belə bir plan yoxdur. Dövlət universitetləri üçün gələcəkdə tələbə şəhərçiklərinin qurulması nəzərdə tutulub. Ümüd edirik ki, bizim universitet də bu tip şəhərçiklərdən birində yerləşdirəcək".

A.Hacıyev deyib ki, hazırda BSU-da yaz imtahan semesterina hazırlıq gedir: "Bizim universitetdə imtahanlarda valideynlər də iştirak edir. Demək olar valideynlərin iştirakı olmadan imtahan keçirilmir. Eyni zamanda BSU-nun tələbələri təşkilatı məsələlərdə çox fəal iştirak edirlər. Onların imtahanlara da nəzarət etmək imkanları var. İmtahan zamanı sui-istifadə hallarının olmaması üçün xüsusi qərargahlar yaradılıb. Tələbələr həm qərərgaha, həm rektora müraciət edirlər. Müraciətlər yerindəcə araşdırılır. Tələbələrdən 3-ü mənim müşavirimdir. Bütün qüvvəmizlə imtahanlarda sui-istifadə halları olmamasına, xoşagəlməz nüansların qarşısının alınmasına çalışırıq".


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol