• $
  • €
  • ₽
  • ₺
  • £

Daxili İşlər Nazirliyi işçi qəbulu ilə bağlı müsabiqə elan etdi

Daxili İşlər Nazirliyi işçi qəbulu ilə bağlı müsabiqə elan etdi
06.05.2015 12:46
 Daxili İşlər Nazirliyi xidmətə qəbulla bağlı müsabiqə elan edib. 

Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Daxili İşlər Nazirliyi Tibb İdarəsində vakant olan 4 həkim-pediatr və 2 həkim-ginekoloq vəzifəsində xidmətə qəbul aparılacaq. 

Müsabiqədə dövlət ali təhsil müəssisələrini pediatriya və ginekologiya ixtisasları üzrə bitirən, ixtisas üzrə 5 il praktiki təcrübəyə malik, yaşı 30-dan az olmayan, ixtisas üzrə elmi dərəcəyə malik şəxslər, yaşı 35-dən yuxarı olmayan, "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"də müəyyən olunan şərtlərə cavab verən, Bakı şəhərində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikasının qadın vətəndaşları iştirak edə bilərlər.

Müsabiqə qaliblərinə DİN-in kadrları tərkibinə daxil edilməklə "tibb xidməti leytenantı" xüsusi rütbəsi veriləcək və ilkin olaraq 500 manat aylıq təminat xərcliyi ödəniləcək.
Müsabiqədə iştirak etmək istəyən şəxslər Baş Kadrlar İdarəsinə müraciət edərək şəxsiyyət vəsiqəsini, ali təhsil haqqında diplomu və əmək kitabçasının surətini şəxsən təqdim etməlidirlər:

Müsabiqədə iştirak etmək üçün sənədlər 2015-ci il mayın 5-dən iyunun 5-dək hər gün (istirahət günlərindən başqa) saat 10-dan 17-dək Bakı şəhəri, Azərbaycan prospekti 7, Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsində qəbul edilir.

Əlavə məlumat almaq istəyənlər 012-590-92-70 nömrəsi ilə Baş Kadrlar İdarəsinə müraciət edə bilərlər.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol