• $
  • €
  • ₽
  • ₺
  • £

Bakının kompüter dükanlarında - REYD

Bakının kompüter dükanlarında - REYD
07.05.2015 18:16
"Microsoft” proqram təminatı üzrə müəllif hüquqlarının pozulması hadisələrinin araşdırılması çərçivəsində Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi bundan öncə pirat proqram təminatlı kompüterlərin yoxlanması və sınaq tədarükünün ardı olaraq Bakının kompüter dükanlarında növbəti reyd keçirib.

Bu barədə Oxu.Az-a Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən (RYTN) məlumat verilib.

Belə ki, yoxlama zamanı Bakıda fəaliyyət göstərən ticarət nöqtələrindən birində öncədən "Microsoft” proqram təminatı quraşdırılmış və piratçılıq əlamətləri müşahidə olunan üç kompüter müsadirə olunub.
 
Bundan başqa, yoxlama prosesində proqramların pirat nüsxələrinin quraşdırılması üçün istifadəsi ehtimal olunan bir neçə informasiya daşıyıcısı da müsadirə edilib.
 
Hazırda müsadirə olunmuş əmlakın ekspertizası keçirilir və görüləcək hüquqi tədbirlərlə bağlı məsələlər həll olunur.
 
Növbəti reydin keçirilməsinə başlıca əsas cari ilin mart ayında kompüter bazarında aparılan yoxlamaların nəticələri olub.

Belə ki, nəticələrə əsasən, yoxlama aparılan ticarət nöqtələrinin yarısında pirat proqram təminatı quraşdırılmış kompüter texnikasının açıq şəkildə satışı və işçi heyəti tərəfindən pirat proqram təminatının bilavasitə mağazada quraşdırılması halları aşkarlanıb.
 
Proqramların pirat nüsxələrinin yayılması ilə məşğul olan satıcılar müəllif hüquqlarının qorunması ilə bağlı qanun pozuntusuna yol verməklə yanaşı, kompüter alıcılarını vergi qanunvericiliyini pozmağa da sövq edə bilərlər.

Proqram təminatı qanuni yolla əldə olunmadıqda, müəssisənin balansına daxil edilə bilməz və bununla da fiskal və vergi orqanlarının yoxlamaları zamanı əlavə risk yaranır.
 
Kompüter satışı üzrə ticarət nöqtələri pirat proqram təminatının kompüterlərdə quraşdırılmasının başlıca mənbələrindəndir. Kompüter satıcıları aşkar və ya gizli şəkildə müştərilərə lisenziyasız proqram təminatını quraşdıraraq "qənaət” etməyi təklif edirlər.

Buna görə də onlardan əlavə ödəniş alırlar. Yoxlamaların nəticələrinə əsasən 30% hallarda müştərilərə "Windows” əməliyyat sisteminin "nümayiş üçün olan versiyalar”ı təklif olunur. 40% hallarda isə satış nümayəndəsi istənilən proqram təminatının əlavə ödəniş əsasında quraşdırılmasını təklif edib.
 
DİN, Azərbaycan Müəllif Hüquqları Agentliyi və "Microsoft Azerbaijan” şirkəti potensial alıcıları mümkün risklərdən qorumaq və kompüter texnikası tədarükçülərinin müəllif hüquqlarına əməl edilməsi ilə bağlı intizamının artırılması məqsədi ilə kompüter piratçılığına qarşı mübarizə istiqamətində əməkdaşlığın genişləndirilməsini planlaşdırır.
www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol