• $
  • €
  • ₽
  • ₺
  • £

​Dünən Azərbaycanda 500-dən çox şəxs iş axtarıb

​Dünən Azərbaycanda 500-dən çox şəxs iş axtarıb
08.05.2015 16:43
Azərbaycanda 2015-ci ilin "Kənd təsərrüfatı ili” elan olunması ilə əlaqədar Dövlət Aqrar Universitetində Kənd Təsərrüfatı Nazirliyi, "Aqrolizinq” ASC-nin və Universitetin təşkilatçılığı ilə əmək yarmarkası keçirilib. 

Nazirlikdən "Report"a verilən məlumata görə, yarmarkada kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən 15-dən çox şirkət, 500 nəfərdən çox işaxtaran iştirak edib.

Keçirilən tədbirdə ümumilikdə 106 vakant iş yeri təklif olunub ki, burada da baytarlıq, aqronomluq, zoomühəndislik, maşın mühəndisliyi, aqromühəndislik, informasiya mühəndisliyi, qida mühəndisliyi, meliorator kimi peşələr üstünlük təşkil edib. Yarmarkada iştirak edən işaxtaranların 35%-i ADAU-nun bu ilki, 65%-i isə əvvəlki illərin məzunları olub.
Tədbirdə çıxış edən kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov, ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov aqrar sahəyə dövlət dəstəyindən, o cümlədən müvafiq sahələr üzrə kadr hazırlığının təkmilləşdirilməsi məsələlərindən, keçirilən yarmarkanın əhəmiyyətindən danışıblar.
Bütövlükdə, yarmarkada iştirak edən müəssisələr 177 işaxtaranın sənədlərini qəbul edib.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol