• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda dünyanın ən nəhəng şokolad əsəri təqdim olunacaq

Bakıda dünyanın ən nəhəng şokolad əsəri təqdim olunacaq
12.05.2015 18:05
Dünya turu çərçivəsində dünyanın 40-dan artıq şəhərində qonaq olan məşhur "Nikolya Şokolad Muzeyi” bu dəfə Bakıda sərgi keçirəcək.

Muzey Mərkəzindən Oxu.Az-a verilən məlumata görə, sərgi Muzey Mərkəzinin binasında 15 may - 28 iyun tarixlərində təşkil olunacaq.

Mədəniyyət və Turizm Nazirliyi və Muzey Mərkəzi tərəfindən təşkil olunacaq sərgidə 200 kvadratmetrlik sahədə ümumi çəkisi 700 kiloqramdan artıq olan, yüksək keyfiyyətli 250-dən artıq şokolad məmulatları, o cümlədən şokolad və marziran heykəlcikləri, şokolad bagetlərlə çərçivələnmiş şokolad rəsmləri, şokolad miniatür və komrozisiyalar təqdim ediləcək. Bununla yanaşı, sərgidə şokoladın tarixi və bu haqda maraqlı faktlarla tanış olmaq imkanı olacaq.

Bakıdakı sərgi üçün xüsusi olaraq Azərbaycan və Bakıya həsr olunmuş şokoladdan bir sıra sənət əsəri hazırlanıb. Burada 70 kiloqramdan artıq çəkisi olan "Qız qalası” şokolad miniatürü, Hökumət evi, Muzey Mərkəzi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, FlameTowers binalarını əks etdirən əsərləri, eləcə də marziran meyvə və gülləri, şokolad manqalı və digər əsərləri görmək mümkün olacaq.

Sərginin keçirildiyi dövrdə müəllif çəkisi 200 kiloqramdan artıq olan və Bakıda keçiriləcək Birinci Avropa Oyunlarına həsr etdiyi, dünyanın ən nəhəng şokolad rəsmini təqdim edəcək. Bununla yanaşı, məşhur şokolad sərgisi zamanı xüsusi texnologiya ilə hazırlanmış bir sıra eksklüziv şokolad suvenir məmulatları təqdim ediləcək. Öz əli ilə şokolad möcüzələri hazırlamaq istəyənlər üçün isə müəllif tərəfindən ustad dərsləri təşkil olunacaq.

Qeyd olunub ki, "Nikolya Şokolad Muzeyi"nin sərgilərinə müxtəlif yaş və statuslu tamaşaçılar cəlb edilir. 5 il ərzində sərgini 500.000-dən artıq tamaşaçı ziyarət edib.

Hər bir ziyarətçi üçün bir neçə növ şokoladın dequstasiyası təşkil olunacaq. Sərginin təntənəli açılışı 15 may saat 18:00-da Muzey Mərkəzinin dairəvi zalında olacaq.

Biletlərin qiyməti (18 yaş) böyüklər üçün 7 manat, məktəb (6-18) yaşlı uşaqlar üçün 3 manat təşkil edir. 6 yaşa qədər uşaqlar üçün giriş pulsuzdur.
www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol