• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda Beynəlxalq Konqres

Azərbaycanda Beynəlxalq Konqres
29.05.2020 05:05
Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyəti (AÜDCC) mayın 15-dən 17-dək "Bakı Ürək Günləri" 4-cü Beynəlxalq Konqresini təşkil edəcək. 

Bu barədə "Report"a AÜDCC-nin sədri Kamran Musayev məlumat verib.

Onun sözlərinə görə, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan konqresə Azərbaycan da daxil olmaqla 15-ə yaxın ölkədən 450-dən çox iştirakçı qatılacaq. K.Musayev bildirib ki, konqresin ilk günündə heyvan ürəkləri üzərində koronar anastomoz kursu keçiriləcək: "Proqramda, həmçinin kardiologiya və ürək-damar cərrahiyyəsindəki ən mübahisəli problemlərə toxunulacaq. Həm yerli, həm də əcnəbi mütəxəssislər ənənəvi olaraq məqalə və tezislərini elektron formada bizə göndərəcəklər. Bu məqalə və tezislər konqresin xüsusi buraxılışında çap olunacaq və bütün iştirakçılara paylanacaq. Mübahisəli xəstələr üzərində dünyanın tanınmış mütəxəssisləri ilə birgə aparılacaq əməliyyatların konqres salonunda canlı yayımı konqresin elmi-praktik əhəmiyyətini daha da yüksəldəcək. Konqres günlərində təşkil ediləcək "Maketlər üzərində femoro - popliteal bypass (bud - dizaltı şuntlama)" və "Dana ürəyi üzərində koronar anastomoz" kurslarının xüsusilə gənc həmkarlarımıza çox faydalı olacağına inanıram".

K.Musayev qeyd edib ki, konqres azərbaycanlı həkimlərə dünyanın ən qabaqcıl mütəxəssisləri ilə kardiologiya elmindəki son nailiyyətləri müzakirə etmək imkanı verəcək: "Təşkil ediləcək sosial proqram ilə, xüsusilə, əcnəbi qonaqlar Azərbaycanın zəngin tarixi və mədəni irsi ilə tanış olmaq imkanı əldə edəcəklər".

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol