• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı metrosunun qatarlarında səs-küy azalacaq

Bakı metrosunun qatarlarında səs-küy azalacaq
18.05.2015 08:59

Bakı Metropoliteni xətlərində relslərin qaynaq prosesində tətbiq edilən texnologiyalar qatarların hərəkətini daha səssiz edəcək.
 
Bu barədə Trend-ə Rusiyanın "QT-Alüminotermitnaya svarka” MMC-nin baş direktoru Vladimir Lenkin deyib.

Onun sözlərinə görə, Rusiya şirkəti Bakı metrosunda ilk qaynaq işlərini ötən il aparıb: "Ötən ilin sonunda Bakı Metropoliteninin yeni xətlərində ilk qaynaq işlərimizi bitirdik. Öz avadanlığımızı və materialımızı gətirmişdik. Əsas iş işlək relslərin qaynağından ibarət idi”.

V.Lenkin şirkətin "Bakı Metropoliteni” QSC ilə əməkdaşlığı davam etdirmək niyyətində olduğunu qeyd edib: "Əməkdaşlığımız cari ilin ikinci yarısında da davam edəcək. Məlumdur ki, 2030-cu ilə kimi Bakı Metropoliteninin perspektiv inkişaf planı mövcuddur və biz bu çərçivədə əməkdaşlığımızı davam etdirmək niyyətindəyik. Yolların mövcud qollarda modernləşməsi planlaşdırılır, belə ki, relslərdə qovşaqlar müxtəlif növ problem yarada bilər. Bundan başqa, məsələnin texniki cəhətdən başqa, sosial tərəfi də var ki, metro daha səssiz olacaq. Bu da vətəndaşların rahatlığını artıracaq”.

O, qeyd edib ki, Azərbaycan şirkət üçün olduqca əhəmiyyətlidir: "Tez-tez "Azərbaycan Dəmir Yolları” QSC ilə əlaqə saxlayırıq və gələcək əməkdaşlığa ümid edirik. Texnologiyalarımız nəinki qatarlara yerin altında, həmçinin şəhərlər arasında da səssiz getməyə imkan yaradır. Bütün işi öz gücümüzlə həll edə, həmçinin avadanlıq və materialla təmin edə, yerli kadrları öyrədə və texniki təminatı həyata keçirə bilərik


www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol