• $
  • €
  • ₽
  • ₺
  • £

Təhsil Nazirliyinin səlahiyyəti alındı

Təhsil Nazirliyinin səlahiyyəti alındı
18.05.2015 12:17
Bəzi məzunlar və əcnəbi tələbələr dil biliyinin yoxlanmasından azad olunublar

Azərbaycan Respublikası Nazirlər Kabineti "Azərbaycan Respublikasının vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları" təsdiq edilib.

ANN.Az-ın Təhsil Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli 13 nömrəli Sərancamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda təhsil sistemlərinin inteqrasiyasına nail olunması Azərbaycan təhsil sisteminin dayanıqlığına xidmət edən vasitə kimi müəyyən olunub. Təsdiq edilmiş qaydalar ölkəmizin ali təhsil müəssisələrinin rəqabətqabiliyyətliyinin artırılmasına və təhsilin beynəlmiləlləşməsinə kömək edəcək.

Yeni qaydalarda müasir çağırışlara cavab verməyən bəzi məhdudiyyətlər aradan qaldırılıb. Belə ki, əvvəllər əcnəbi tələbələrin qəbulu ilə bağlı Təhsil Nazirliyinin razılığı tələb olunurdu ki, bu da beynəlxalq təcrübəyə uyğun olmamaqla, bir sıra çətinliklərə gətirib çıxarırdı.

Qaydalarda namizədin dil biliyinin yoxlanması ilə bağlı yeniliklər də əks olunub. Xarici təhsil müəssisələrinin əvvəlki təhsil səviyyəsi üzrə məzunları və Azərbaycan Respublikasının təhsil müəssisəsində təhsil alıb növbəti təhsil pillə və ya səviyyəsində təhsil almaq üçün müraciət edən əcnəbilər tədris dilini dəyişmədikləri halda, həmçinin Qaydalara uyğun olaraq, müvafiq dil biliyi sertifikatı olan şəxslər dil biliyinin yoxlanmasından azad olunurlar.

Beləliklə, 2015-2016-cı tədris ilindən etibarən ali təhsil müəssisələri müstəqil surətdə əcnəbi vətəndaşın dil və ixtisas biliklərini yoxlamaqla, müəyyən etdikləri tələblərə cavab verən abituriyentlərin qəbulunu apara biləcəklər.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol