• $
  • €
  • ₽
  • ₺
  • £

Dövlət qulluğuna qəbulla bağlı test imtahan başlayır

Dövlət qulluğuna qəbulla bağlı test imtahan başlayır
18.05.2015 14:19
Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyası 31 dövlət orqanında inzibati vəzifələrin V-VII təsnifatlarına uyğun olan 212 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün elan edilən müsabiqə üzrə namizədlərin qeydə alınmasını başa çatdırıb.

Komissiyadan "Report"a verilən məlumata görə, müsabiqə üzrə 2 849 namizəd qeydiyyatdan keçib.

Ən çox namizəd qeydə alınan dövlət orqanları Kənd Təsərrüfatı Nazirliyi (956 nəfər), Dövlət Statistika Komitəsi (588 nəfər), Gənclər və İdman Nazirliyi (287 nəfər), Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi (229 nəfər) və Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi (108 nəfər) olub. Vakant vəzifə üzrə ən böyük müsabiqə vəziyyəti Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi üzrə (2 vakant yerə ortalama 229 nəfər) qeydə alınıb.

Qeyd edək ki, müsabiqənin test imtahanı mərhələsi mayın 22-dən ilk olaraq Kənd Təsərrüfatı Nazirliyi üzrə başlayır. Test imtahanlarının keçirilmə ardıcıllığı ilkin mərhələdə inzibati vəzifələrin V təsnifatları üzrə, sonrakı mərhələdə isə inzibati vəzifələrin VI-VII təsnifatı üzrə nəzərdə tutulub. Test imtahanı qrafiki Komissiyanın internet saytında (www.dqmk.gov.az) yerləşdirilib. Təqdim edilən qrafikdə namizədlər dövlət orqanları üzrə iddia etdikləri inzibati vəzifələr üçün nəzərdə tutulmuş test imtahanı tarixini və vaxtını aktiv etməklə öz adlarını tapa biləcəklər. Komissiyada mobil telefon nömrəsi və elektron poçt ünvanı qeydə alınmış namizədlərə test imtahanının keçirilmə vaxtı barədə qısa SMS və elektron məktub göndəriləcək.


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol