• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı Ali Neft Məktəbində semestr imtahanlarını britaniyalı müəllimlər keçirir

Bakı Ali Neft Məktəbində semestr imtahanlarını britaniyalı müəllimlər keçirir
20.05.2015 14:45

Bakı Ali Neft Məktəbində (BANM) yay imtahan sessiyası davam edir.

"Neft-qaz mühəndisliyi” və "Kimya mühəndisliyi” ixtisasları üzrə bakalavriatda təhsil alan tələbələr üçün Böyük Britaniyanın Heriot-Vatt Universitetinin tədris proqramları üzrə təhsil aldıqlarına görə imtahanlar sözügedən universitetlə paralel olaraq eyni günlərdə və saat fərqi nəzərə alaraq eyni saatda keçirilir. Bu elektron resurslar vasitəsilə iki ali təhsil müəssisəsinin tələbələri arasında imtahan suallarının cavablarının mübadiləsinin qarşısını almaq məqsədilə həyata keçirilir.

BANM Azərbaycanda yeganə ali məktəbdir ki, burada biliyin qiymətləndirilməsi xarici ölkə universiteti tərəfindən həyata keçirilir. Bakı Ali Neft Məktəbinin "Neft-qaz mühəndisliyi” və "Kimya mühəndisliyi” ixtisaslarının 2-ci və 3-cü kurs tələbələri sessiya ərzində "Emal sənayeləri”, "Emal mühəndisliyi”, "Kimyəvi reaktivlik”, "Mühəndislər və alimlər üçün riyaziyyat 2”, Mühəndislər və alimlər üçün riyaziyyat 4, "Mühəndis¬liyin əsasları”, Neft mühəndisliyinə giriş” və "Mexanika mühəndisliyi elmi 2”  fənlərindən yazılı imtahanlar verəcəklər. 

Heriot-Vatt Universitetindən Bakı Ali Neft Məktəbinə ezam edilmiş 5 nəfərdən ibarət müəllim heyəti  -  Mühəndislik və təbiət elmləri fakültəsinin (MTE) tədris və təlim üzrə direktoru Mak  Klaf Kevin,  MTE fakültəsinin Akademik keyfiyyət üzrə direktoru Cilian Tomson, fakultənin təlim və tədris üzrə meneceri Patrisiya Dankan, fakultənin BANM-lə  layihələr üzrə administratoru  Ayren Foks, fakültənin mühəndislik proqramının direktor köməkçisi Aleksandr Bel orada tərtib olunmuş imtahan sualları əsasında imtahanları təşkil edir, onların gedişinə nəzarət edirlər. Tələbələrin yazılı cavabları imtahandan sonra sürətli poçt xidməti vasitəsilə qiymətləndirmə üçün Edinburqa,  Heriot-Vatt Universitetinə göndərilir. İmtahan prosesinin bu şəkildə təşkil edilməsi nəticələrin şəffaf və obyektiv qiymətləndirilməsinə tam təminat yaradır. 

Qeyd edək ki, BANM-də 2014/2015-ci tədris ilinin yay imtahan sessiyasının təşkili ilə bağlı Ali Məktəbin rektoru Elmar Qasımov müvafiq əmr imzalayıb. İmtahanlar mayın 22-ə qədər davam edəcək.  


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol