• $
  • €
  • ₽
  • ₺
  • £

Tələbələr SOCAR-da ödənişli yay təcrübəsi keçəcəklər

Tələbələr SOCAR-da ödənişli yay təcrübəsi keçəcəklər
21.05.2015 18:23
Bakı Ali Neft Məktəbi (BANM) SOCAR-AQŞ MMC ilə əməkdaşlıq haqqında razılaşma imzalayıb. 

İmzalanma mərasimində BANM-in rəhbərliyi, SOCAR-AQŞ MMC-nin baş direktoru Ramin İsayevin rəhbərlik etdiyi heyət,  həmçinin BANM-in professor-müəllim heyəti və tələbələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan BANM-in rektoru Elmar Qasımov qonaqları salamlayıb və SOCAR-AQŞ ilə qurulan əməkdaşlıqdan məmnunluğunu ifadə edib. E.Qasımov imzalanan razılaşmanın BANM-də "Neft-qaz mühəndisliyi” ixtisası üzrə yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasında xüsusi rol oynayacağını qeyd edib. O, bu əməkdaşlığın, eyni zamanda BANM-in tələbələri üçün yeni təcrübə və gələcək karyera imkanları verəcəyini qeyd edib. 

Daha sonra SOCAR-AQŞ MMC-nin baş direktoru Ramin İsayev çıxış edərək, rəhbərlik etdiyi müəssisənin fəaliyyət istiqamətləri haqqında məlumat verib. O, SOCAR-AQŞ və BANM arasında yaradılan birgə əməkdaşlığın gələcəkdə tələbələr üçün daha böyük imkan yaradacağına əminliyini ifadə edib. 
SOCAR-AQŞ-nin nümayəndələri III kurs tələbələri ilə görüşüb və müəssisədə 2 aylıq yay təcrübəsi keçmələri üçün onların arasında seçim aparıblar.  
Sonra BANM və SOCAR-AQŞ arasında əməkdaşlıq haqqında müqavilənin imzalanma mərasimi olub. 

İmzalanan əməkdaşlıq haqqında razılaşma BANM-də "Neft-qaz mühəndisliyi” ixtisası üzrə yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasını təmin etmək üçün zəruri maddi-texniki, elmi-metodiki və təşkilati tədbirlərin həyata keçirilməsinə imkan yaradacaq. Müqavilədə SOCAR-AQŞ-nin mütəxəssislərinin müəllim kimi BANM-də fənlərin tədrisinə cəlb olunması, tələbələr üçün SOCAR-AQŞ-nin fəaliyyət istiqamətlərinə uyğun mövzular çərçivəsində kurslar təşkil olunması, BANM-in tələbələrinin və məzunlarının SOCAR-AQŞ-də təcrübə, iş imkanları  və digər məsələlər qeyd olunub. 

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol