• $
  • €
  • ₽
  • ₺
  • £

"Eurovision-2015" çərçivəsində Vyanada Azərbaycan gecəsi - Fotolar

"Eurovision-2015" çərçivəsində Vyanada Azərbaycan gecəsi - Fotolar
21.05.2015 16:41
 Avstriyanın paytaxtı Vyanada keçirilən "Eurovision 2015” mahnı müsabiqəsi çərçivəsində sözügedən şəhərdə Azərbaycan gecəsi keçirilib.
 
Lent.az-ın məlumatına görə, tədbir iştirakçıları əvvəlcə mayın 19-da Bakıda 16 mərtəbəli binada baş vermiş yanğında həlak olanların xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər. Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Leyla Qasmova çıxış edərək edərək bildirib ki, "Eurovision 2015” mahnı müsabiqəsi çərçivəsində keçirilən bu gecənin təşkilindən qürur duyur. Mərkəz rəhbəri mədəniyyətimizin təbliği və iki ölkə arasındakı əlaqələrin inkişafında mərkəzin oynadığı roldan da danışıb. Qeyd olunub ki, mərkəz milli mədəni dəyərlərimizi layiqincə tanıdan özünəməxsus məkandır. Azərbaycanın "Eurovision 2015” mahnı müsabiqəsindəki təmsilçisi Elnur Hüseynov dəstəyə görə təşəkkürünü bildirib. Sənətçi Azərbaycanın milli musiqi aləti olan tarı tədbirin təşkilatçılarına hədiyyə edib. Vyana şəhəri mədəniyyət idarəsinin, şəhər mədəniyyəti interkulturalizm və beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Heydər Sari Azərbaycan musiqisi, incəsənətinin vurğunudur. Odur ki, qonaq ölkə təmsilçimizin hədiyyə etdiyi qədim milli musiqi aləti olan tarın ona dərin hisslər bağışlayaraq, uşaqlıq xatirələrini canlandırdığını söyləyib.

Onu da əlavə edək ki, tədbirə müxtəlif ölkələrdən nümayəndələr, həmçinin bu ilki şounun iştirakçıları – Latviya təmsilçisi Aminata, Litva təmsilçisi Monika Linkytė və Vaidas Baumila, İsveç təmsilçisi Måns Zelmerlöw, Malta təmsilçisi Amber da qatılıblar. Tədbirdə qonaqlara ölkəmizin idman və mədəni həyatında mühüm hadisələri əks etdirən jurnal, broşürlər paylanılıb, milli mətbəximizdən nümunələr təqdim edilib. Möntrö Caz Festivalının qalibi, əməkdar artist İsfar Sarabskinin ifası xüsusi maraqla qarşılanıb. Həmin gün Azərbaycanı bu il "Eurovision” müsabiqəsində təmdil edən Elnur Hüseynov Bakıda baş vermiş faciəyə görə proqramda dəyişiklik edib. Təmsilçi ritmik mahnıları proqramdan çıxararaq, həmin gün yalnız həzin musiqilərə yer verib. "Eurovision” Mahnı Müsabiqəsi çərçivəsində təşkil edilən Azərbaycan gecəsi hər bir iştirakçıda xoş təəssürat yaradaraq, gərgin məşqlər arası ölkə təmsilçilərinin yorğunluğunu unutdurub.

Qeyd edək ki, bu gün "Eurovision 2015” mahnı müsabiqəsinin II yarımfinalı keçiriləcək.
 





www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol