• $
  • €
  • ₽
  • ₺
  • £

MTRŞ bəzi telekanallara xəbərdarlıq etdi

MTRŞ bəzi telekanallara xəbərdarlıq etdi
21.05.2015 18:42
Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib.

MTRŞ-dan APA-ya verilən məlumata görə, iclasda "Lider TV və Radio Azərbaycan” MMC və "İctimai Televiziya və Radio Yayımları Şirkəti” tərəfindən "Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması faktı və kabel televiziyası yayımı sahəsində tənzimləmə məsələləri müzakirə edilib.
 
Azərbaycan prezidentinin 2013-cü il 9 aprel tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın 6.5.3-cü bəndinin tələblərini icra etmədiyinə və Milli Televiziya və Radio Şurasının bununla bağlı tövsiyə və göstərişlərini yerinə yetirmədiyinə, həmçinin "Televiziya və radio yayımı haqqında» qanunun 35.2, 35.4, 35.7-ci  maddələrinin tələblərini pozduğuna görə "Lider TV və Radio Azərbaycan” MMC-yə xəbərdarlıq elan olunub.
 
Eyni zamanda «Televiziya və radio yayımı haqqında» qanunun 35.2, 35.7, 35.8-ci maddələrinin və "İctimai televiziya və radio yayımı haqqında” qanunun 15.3-cü maddəsinin tələblərini pozduğuna görə "İctimai Televiziya və Radio Yayımları Şirkəti”nə xəbərdarlıq elan edilib.
 
İclasda həmçinin kabel televiziyası yayımı sahəsindəki mövcud vəziyyət müzakirə olunmuş və bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi zərurəti qeyd edilmişdir. Eyni zamanda "Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının 30.2-ci maddəsinə və Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə”nin 9.1-ci bəndinə uyğun olaraq kabel televiziyası yayımı sahəsində tənzimləmə məsələləri ilə bağlı  bir sıra qərarlar qəbul edilib.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol