• $
  • €
  • ₽
  • ₺
  • £

Elmira Süleymanova yanğından zərərçəkən ailələrə baş çəkdi - Fotolar

Elmira Süleymanova yanğından zərərçəkən ailələrə baş çəkdi - Fotolar
21.05.2015 23:31
 Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Binəqədi rayonundaki çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğınla əlaqədar zərərçəkmiş ailələrə baş çəkib.

Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Elmira Süleymanova  Dövlət Sərhəd Xidmətinin Görədil qəsəbəsindəki "Sərhədçi” istirahət mərkəzinə gedərək,  orada kotteclərdə yerləşdirilmiş ailələrlə görüşüb. Müvəkkili Binəqədi rayonu İcra Hakimiyyəti başçısının müavini  Aygün Əliyeva və rayon bələdiyyəsinin sədri Sitarə Cabbarlı müşayiət edib.
 
Qeyd edək ki, bu mərkəzdə səkkiz ailə üçotaqlı doqquz kottecdə yerləşdirilib. E.Süleymanova həmin ailələrin üzvləri ilə görüşüb onların ehtiyaclarının, problemlərinin həllində səlahiyyətləri çərçivəsində yardım göstərməyə hazır olduğunu bildirib.
 
Müvəkkil kotteclərə və yeməkxanaya baxış keçirib. Zərərçəkmiş ailələrin üzvləri onlara vaxtında keyfiyyətli qida verildiyini, 24 saat ərzində tibb xidməti ilə təmin olunduqlarını bildiriblər. Ombudsman məktəblilərə qısa zamanda zəruri dərs vəsaiti verilməsini, habelə psixoloq dəstəyinin  vacibliyini vurğulayıb. 
 
Dövlət Sərhəd Xidmətinin Mənəvi psixoloji hazırlıq idarəsinin rəisi, həkim-psixoloq  Vəli Nağıyev Ombudsmana yanğın zamanı ağır stress və həyəcan keçirmiş insanların vəziyyətinin, sağlıq durumunun diqqətdə saxlanıldığını, onlara zəruri tibbi-psixoloji məsləhətlər verildiyini bildirib.
 
E.Süleymanova müəssisənin rəhbərliyinə burada yerləşdirilmiş ailələrlə  bağlı müvafiq tövsiyələr verib. 
 
"Sərhədçi” istirahət mərkəzində yerləşdirilən ailələrə Dövlət Sərhəd Xidməti tərəfindən də əlavə maddi yardım göstərilib.
 
Müvəkkil həmçinin yanan binanın sakinlərinin müvəqqəti yaşayış yeri ilə təmin olunması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) yerlər ayırdığı Bilgəhdəki Müharibə və Əmək Əlilləri üçün pansionatına Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini və Bilgəh qəsəbə nümayəndəsi ilə birlikdə baş çəkib. Həmin pansionatda bu ailələr üçün iki kottec və 18 otaq hazırlanıb. E. Süleymanova  burada ailələr üçün ayrılmış yerlərə baxıb.
 
E. Süleymanova həmçinin yanğın zamanı bir ailədən həlak olmuş Zülfiyyə Şirinova və onun övladları Ülkər və Davud Eyvazovların yas mərasimində iştirak edib. 
 



www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol