Azərbaycanlıya Rusiyada vəzifə verildi

Voljsk administrasiyasında Quluyev Qəzənfər Əkbər oğlu KFK-nın (Şəhərin həyat fəaliyyətinin təminatı üzrə Komitə), yol təsərrüfatı və əhaliyə nəqliyyat xidməti şöbəsinin rəisi təyin edilib.
Oxu.Az xəbər verir ki, Qəzənfər Əkbər oğlu 1963-cü ildə Azərbaycanda anadan olub. 1981-ci ildən Volqoqradda yaşayır, 2010-cu ildə isə Voljsk şəhərinə köçüb.
İki ali təhsli – inşaat və idarəçilik, elmlər namizədi dərəcəsi var – Voljsk administrasiyasının mətbuat xidmətindən Voljsk.ru-ya bildiriblər.
Quluyevin əmək yolu çilingərlikdən başlayıb, sonra mühəndis olub, sonra isə DSU-1-in direktoru vəzifəsinə qədər yüksəlib. Öz əmək karyerasını DVUM (Dövlət vilayət unitar müəssisəsi) "Volqoqradavtodor” rəhbərliyində işə həsr edib. Son ildə Qəzənfər Quluyev "İnfrastruktura” MMC-yə rəhbərlik edib.
Onun Voljsk meriyasında yeni vəzifəyə təyinatı cari ilin aprelində təsdiq edilib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























