• $
  • €
  • ₽
  • ₺
  • £

Məşhur biznesmen Hafiz Məmmədov ölkədən qaçdı - İDDİA

Məşhur biznesmen Hafiz Məmmədov ölkədən qaçdı - İDDİA
29.05.2020 01:18
"Hafka” ləqəbli iş adamı Hafiz Məmmədov Azərbaycandan qaçıb. 

Bu haqda azpolitika.info saytı xəbər yayıb. Xəbərdə bildirilir ki, Hafiz Məmmədov barəsində Nəsimi rayon məhkəməsi tərəfindən mayın 18-də həbs-qətimkan tədbiri seçilib. Ancaq Hafiz Məmmədovu həbs etmək mümkün olmayıb. Belə ki, bu qərarın verilməsindən 2 gün əvvəl – mayın 16-da "Hafka” ölkədən qaça bilib.  Həbs ediləcəyindən əvvəlcədən xəbərdar olan Hafiz Məmmədovun Azərbaycandan necə və hansı ölkəyə qaçdığı məlum deyil.

Sayt yazır ki, Beynəlxalq Bankdan götürülən kreditlərin mənimsənilməsi ilə bağlı başlanmış cinayət işi çərçivəsində "Hafka”nın indiyədək həbsə alınmaması və ya onun istintaqa cəlb olunduğu barədə məlumatların olmaması təəccüb doğururdu. Çünki Beynəlxalq Bankdan çox böyük həcmdə kredit götürüb qaytarmayanlardan biri də məhz Hafiz Məmmədovdur. Banka bir neçə 100 milyon manat  borcu olan "Hafka”, aldığı krediti qaytarmadığına görə Beynəlxalq Bank tərəfindən hətta məhkəməyə də verilib.

Xatırladaq ki, Hafiz Məmmədov Beynəlxalq Bankdan 100 milyonlarla manat krediti 2008-ci ildə yaratdığı "Baghlan Group” holdinqin adına götürüb. Ancaq bir müddət sonra – konkret olaraq 2013-cü ilin ortalarında, həmin dövrə qədər ən gəlirli şirkətlərdən biri hesab olunan "Baghlan Group” holdinqin maliyyə vəziyyətinin ağırlaşdığına dair məlumatlar yayılmağa başladı. Hətta 2013-cü ilin sonlarına yaxın şirkətin banklara olan külli miqdarda borcunu ödəyə bilmədiyini əsas göstərən reytinq agentliyi "Baghlan Group” holdinqin kredit reytinqini aşağı saldı. Sonradan isə ümumiyyətlə, şirkətə verdiyi reytinqi geri çağırdı və onun iflas ərəfəsində olduğunu bəyan etdi.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol