• $
  • €
  • ₽
  • ₺
  • £

Söküntü əməliyyatı Lənkərana çatdı

Söküntü əməliyyatı Lənkərana çatdı
23.05.2015 15:15
Artıq şəhərdə 5 binanın penopoliuretan üzlükləri sökülüb

Bakıda baş verən məlum yanğın hadisəsindən sonra Lənkəranda da binaların fasadlarına vurulmuş üzlüklərin sökülməsinə başlanılıb. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, sökülmə işləri rayon rəsmilərinin nəzarəti altında həyata keçirilir.

Lənkəranda 3 il əvvəl çoxmərtəbəli binaların fasadına vurulmuş penopoliuretan üzlüklərin sökülməsinə başlanılıb. Üzlüklər rayon İcra Hakimiyyətində yaradılan komissiyanın verdiyi qərara uyğun və birbaşa nəzarəti altında sökülür. Söküntü işlərinin aparılmasına bina sakinlərinin reaksiyası isə birmənalıdır. Sakinlər binaların yanğın təhlükəsizliyinin vacib olduğunu düşünürlər.

"Biz Bakı faciəsini gördük, qorxu çəkirdik. Burda da başımıza gələ bilər. Yaxşı ki burda da sökürlər. Gözəllik yox, təhlükəsizlik əsasdır”, - deyə Fatma Rzayev adlı sakin bildirib.

Lənkəran şəhər icra başçısının müavini Möhübbət Babayev bildirib ki, Lənkəranda 1 beşmərtəbəli, 3 dördmərtəbəli, 1 ikimərtəbəli binanın üzlüyü söküntüsü aparılır. İcra rəsmisi sökülən üzlüklərin yanmaya davamlı olduğunu əyani olaraq göstərib.

"Bu material Türkiyə istehsalıdır. Ordan gətirilmədir. Odda yanmır, ərimə gedir. Lakin icra başçısının sərəncamı ilə yaradılan komissiya bu qərara gəlib ki, vətəndaşların narahatlığını nəzərə alaraq bunların sökülməsinə qərar veriblər. Söküləndən sonra yenə Lənkəran dizaynına uyğun yüksək səviyyədə alternativ materialla təmir olunacaq”.

Binaların fasadlarındakı üzlüklərin söküntü işlərinin günün sonuna qədər yekunlaşacağı deyilir.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol