• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda 9 obyekti bağladılar

Bakıda 9 obyekti bağladılar
25.05.2015 17:38
Azərbaycanda keyfiyyətsiz məhsullar istehsal edən sahibkarlar cərimələndi.

ANN.Az-in Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, respublikanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən 2015-ci ilin aprel ayı ərzində 51 müəssisənin sahibkarı inzibati qaydada cərimə olunmuş, 9 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilmiş, 14 nəfər işdən müvəqqəti kənarlaşdırılıb.

Cəzalandırılan sahibkarlar yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsulları istehsal edənlərdir.

Orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 277, mikrobioloji göstəricilərinə görə 200, toksikoloji göstəricilərinə görə 6 yeyinti məhsulları nümunələri laboratoriya müayinələrinə cəlb olunub. Orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 6 nümunədə normalardan kənara çıxma müəyyən olunub.

Şadlıq evləri və iaşə müəssisələrindən 925 yaxma, 12 soyuq qəlyanaltı nümunələri götürülmüş, 8 yaxma nümunəsində mikrobioloji çirklənmə aşkar edilib.

Aprel ayı ərzində əhali arasında 53 qida zəhərlənməsi hadisəsi baş vermiş, 63 nəfər zərərçəkən olmuşdur. O cümlədən 1 botulizm hadisəsi baş vermiş, 3 nəfər zərərçəkən olub.

Qida zəhərlənməsi hadisələrinin hamısı məişətdə baş verib.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol