• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan alimlərindən ilk

Azərbaycan alimlərindən ilk
26.05.2015 10:14
Azərbaycan alimləri apardıqları elmi araşdırmalardan sonra Günəşlə bağlı dəyişikliklərin arıların məhsuldarlığına təsir göstərə biləcəyi qənaətinə gəliblər.

Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Elçin Babayev Trend-ə bildirib ki, dünya üzrə bir neçə ili əhatə edən statistik məlumatlar əsasında aparılmış və müasir spektral analiz üsullarının tətbiq edildiyi araşdırmaların nəticələrinə əsasən, Günəş fəallığı və geomaqnit fəallıqlarının minimum olduğu illərin üst-üstə düşdüyü zamanlarda bal arılarınn məhsuldarlığı artır.

Alimin sözlərinə görə, həmin illərdə məhsuldarlığın artması bal arılarının qarın hissəsində nanoölçülü maqnetit hissəciklərinin mövcudluğu və kiçik səviyyəli geomaqnit həyəcanlanmalarının onlara "gümrahlıq” yaradan qıcıq verməsi ilə izah edilə bilər: "Başqa sözlə, kiçik səviyyəli geomaqnit həyəcanlanmaları arıları qıvraq olmağa və daha çox işləməyə sövq edir. Təbii ki, bununla bağlı izahlar çox ola bilər, lakin multidissiplinar yanaşmalardan biri kimi yuxarıda qeyd olunan "maqnit-reseptor” təsir mexanizmi maraq doğurur. Artıq sübut olunub ki, bal arıları geomaqnit sahəsinə və onun həyəcanlanmalarına reaksiya verirlər. Bir arı hardasa yaxşı məhsul tapan zaman onu başqa arılara xəbər etmək üçün "8” formasında rəqs edir. Geomaqnit həyəcanlanması olan günlərdə isə onların həmin rəqsi zamanı 20 faizə qədər hallarda pozulmalar baş verir”.

E.Babayev qeyd edib ki, araşdırmaların nəticələrinə əsasən, Günəş fəallığı çox olan illərdə bal arılarının beçələri də daha çox əmələ gəlir, bu say Günəş üçün mühüm olan kvazi-11-illik periodla dəyişir.

Rəsədxana direktorunun müavinin sözlərinə görə, sadalanan amillərlə əlaqədar ötən il arıların məhsuldarlığının az olacağı nəticəsinə gəliblər və həmin nəticə də özünü doğruldub: "Ötən il Günəş fəallığında müşahidə edilən ikinci maksimum geomaqnit fəallığının artması ilə üst-üstə düşmüşdü".

E.Babayev hesab edir ki, bu istiqamətdə daha geniş araşdırmaların aparılmasını təmin etmək üçün ölkədə arıçılıqla bağlı statistikanı özündə əks etdirən mərkəzləşdirilmiş məlumat bazasının və ya saytın yaradılmasına ehtiyac var.

O, anoloji sistemin artıq bəzi Avropa ölkələrində yaradıldığını da qeyd edib: "Azərbaycanda məlumat bazasını toplamaq üçün elə bir mərkəzləşdirilmiş sistem yoxdur. Bu sahədə Avropa ölkələrinin təcrübəsi var, onların xüsusi internet səhifələri var, oraya bu sahə ilə bağlı məlumatlar yerləşdirilir”.
www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol