• $
  • €
  • ₽
  • ₺
  • £

"Görəcəyimiz işlər məhkəmə hakimiyyətinə olan inamı möhkəmləndirməlidir"

"Görəcəyimiz işlər məhkəmə hakimiyyətinə olan inamı möhkəmləndirməlidir"
29.05.2020 12:21
"İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun tətbiqi bizim üçün həmişə prioritet məsələ olub. Ali Məhkəmə tərəfindən konvensiyanın və Avropa Məhkəməsinin presedent hüququnun milli məhkəmələr tərəfindən tətbiqi təcrübəsinə dair xüsusi plenum qərarı qəbul edilib. Həmin qərar milli məhkəmələrdə presedent hüququnun öyrədilməsi və baxılan işlərin tətbiqi sahəsində mühüm rol oynayıb”.
 
"Report”un xəbərinə görə, bunu Ali Məhkəmənin sədri, Məhkəmə-Hüquq Şurasının (MHŞ) üzvü Ramiz Rzayev MHŞ-nin fəaliyyətinin 10 illiyinə həsr olunan "Demokratik cəmiyyətdə məhkəmə hakimiyyətinin rolu” mövzusunda beynəlxalq konfransdakı çıxışında deyib.

R.Rzayev müsbət hal kimi qeyd edib ki, son zamanlar məhkəmə qərarlarının tərtibat keyfiyyəti yüksəlib, qərarların əsaslandırılması zamanı daxili qanunvericiliklə yanaşı, beynəlxalq konvensiyaların normalarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentinə istinad halları çoxalıb: "Ona görə də konvensiyanın və presedent hüququnun tətbiqinin öyrənilməsi daim diqqət mərkəzində saxlanılmalı, bu sahədə təlimlər davam etdirilməlidir”.

R.Rzayev, həmçinin bildirib ki, "Elektron məhkəmə" Azərbaycan məhkəmələrinin gələcəyidir: "Məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi davamlı bir proses olduğuna görə müasir inkişaf meyilləri nəzərə alınmaqla bu sahədə daim çalışmaq tələb olunur. Görəcəyimiz işlər məhkəmə hakimiyyətinə olan inamı, etimadı da möhkəmləndirməlidir. Əsas məqsəd isə ədalət mühakiməsinin hakimiyyətlər bölgüsü və hüquqi dövlət prinsiplərinə uyğun olaraq Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş insan hüquqlarının qanuni və ədalətli müdafiəsi naminə həyata keçirilməsini bundan sonra da təmin etməkdir".
www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol