Kolleclərə qəbul qaydaları dəyişdi

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası kolleclərə qəbul olmaq istəyən abituriyentlərə müraciət edib.
Komissiyadan Oxu.Az-a verilən məlumata görə, bu ildən etibarən əvvəlki illərdə olduğu kimi I, II, III və IV ixtisas qruplarının hər hansı biri üzrə imtahanda iştirak edib toplanılan bala əsasən orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) müsabiqəsində iştirak etmək mümkün olmayacaq.
Bu il tam orta təhsil bazasında kolleclərə qəbul cari ilin məzunları üçün buraxılış imtahanının nəticələrinə əsasən aparılacaq. Orta məktəbi əvvəlki illərdə və ya xarici ölkələrdə bitirən və 11 illik bazada kolleclərə qəbul olmaq istəyən abituriyentlər üçün isə iyulun 2-də buraxılış imtahanları səviyyəsində qəbul imtahanı keçiriləcək.
www.ann.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib