• $
  • €
  • ₽
  • ₺
  • £

Yol polisindən sürücülərə xəbərdarlıq

Yol polisindən sürücülərə xəbərdarlıq
26.05.2015 15:57
Mayın 29-dan etibarən Avropa Oyunları ilə əlaqədar nəqliyyatın hərəkəti üçün nəzərdə tutulan xüsusi zolaqların tələblərini pozan sürücülər 40 manat məbləğində cərimə olunacaqlar.
 
Bunu Trend-ə Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

Onun sözlərinə görə, paytaxtda müəyyən edilən yollarda sarı rəngdə və Avropa Oyunlarının loqosunun əks olunduğu "Avropa Oyunları” zolaqları artıq çəkilib, eyni zamanda, həmin zolaqlar üzrə hərəkəti qadağan edən müvafiq 3.2 yol nişanları quraşdırılır. İşlər tam bitəndən sonra digər avtomobillərin həmin zolağa çıxmasına icazə verilməyəcək: "Mayın 29-dan etibarən Avropa Oyunları ilə əlaqədar müəyyən edilən nəqliyyat vasitələrindən savayı, digər avtomobillərin həmin zolağa çıxmasına qadağa qoyulacaq. Bununla bağlı qaydanı pozanlar İnzibati Xətalar Məcəlləsinin (İXM) 151.1-ci maddəsinə müvafiq olaraq yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə görə 40 manat miqdarında cərimə olunacaqlar”.

V.Əsədov qeyd edib ki, I Avropa Oyunları ilə əlaqədar əvvəlcədən müəyyən edilmiş küçə və prospektlərə əlavə yol patrul inspektorları təhkim olunacaq, həmin yollara nəzarət olunmaqla təhlükəsizlik tədbirləri gücləndiriləcək.
www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol