Sabah əksər rayonlarda qaz olmayacaq

Sabah əksər rayonların qaz təchizatında məhdudiyyətlər olacaq.
Oxu.Az-a "Azəriqaz” İB-dən verilən məlumata görə, mayın 27-də saat 10:00-dan 18:00-dək Hacıqabul rayonunun Atbulaq, Lənkəran rayonunun Gərmətük, Aşağı Nüvədi, Bürcəli, Mamusta, Viyən, Kənarmeşə və Şürük kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.
Xatırladaq ki, aparılan işlərin Ağcabədi, Bərdə, Naftalan, Goranboy və Xızı rayonlarının bəzi hissələrinin qaz təchizatına təsir göstərməsi də mümkündür.
Qeyd edək ki, məhdudiyyətin yaranması qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında aparılan cari təmir işləri ilə bağlıdır.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























