• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda müharibə vəziyyətinə yaxın elementlərlə hərbi təlimlər keçirilir

Azərbaycanda müharibə vəziyyətinə yaxın elementlərlə hərbi təlimlər keçirilir
26.05.2015 20:00
Azərbaycanda Silahlı Qüvvələrin birlik, birləşmə və bölmələrində döyüşə hazır vəziyyətin yoxlanılması məqsədilə əməliyyat-taktiki, taktiki və taktiki-xüsusi intensiv təlimlər keçirilir.

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, bütün səviyyələrdə motoatıcı, tank və digər qoşunlar arasında qarşılıqlı əlaqənin yaradılması və döyüş tapşırıqlarının yerinə yetirilməsi məqsədilə keçirilən təlimlər istənilən hava və iqlim, çətin və ağır relyef, o cümlədən gecə və məhdud görmə şəraitində döyüş atışları ilə tam müharibə vəziyyətinə yaxın elementlərlə icra olunur.
 
Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən keçirilən təlimlərdə iştirak edən birləşmə və bölmə komandirləri qoşunların idarə olunmasını, şəxsi heyət isə silahların düzgün tətbiqi, döyüş texnikasının istismarı bacarığı və vərdişlərinin artırılması üzrə tapşırıqları müvəffəqiyyətlə yerinə yetirirlər. Şəxsi heyətin əldə edəcəyi bilik və bacarıqlar gələcək döyüş fəaliyyətlərində məharətlə tətbiq olunacaq.
 
Yüksək bacarıq və döyüş hazırlığı ilə fərqlənən tank, PDM, artilleriya qurğularının heyətləri, hava hücumundan müdafiə və motoatıcı bölmələrin şəxsi heyəti təlim rəhbərliyi və komandanlıq tərəfindən həvəsləndiriliblər.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol