• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda Fransa-Azərbaycan Universiteti açılacaq

Bakıda Fransa-Azərbaycan Universiteti açılacaq
29.05.2020 09:15
 "Fransanın bir neçə universiteti ilə sıx əlaqəmiz var və bu, ali təhsil ocaqları ilə əməkdaşlığımızı həm kəmiyyət, həm də keyfiyyət nöqteyi-nəzərindən genişləndirməkdə maraqlıyıq".

"Report" xəbər verir ki, bu sözləri Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, deputat Əhliman Əmiraslanov Fransanın Bakıdakı səfiri Paskal Mönye ilə görüşü zamanı deyib. 
O, səfirə ATU haqqında məlumat verərək bildirib ki, universitet Azərbaycanda həkim və əczaçılıq sahəsində mütəxəssis hazırlayan yeganə ali təhsil müəsissəsidir: "Universitetə ildə təxminən 1000 tələbə qəbul edilir. Hazırda 7000-ə yaxın tələbə oxuyur. Avropa universitetləri ilə müqayisədə böyük olmasa da, bütövlükdə Azərbaycanın aparıcı ali ocaqlarından biridir. ATU-da 160-dan çox professor, 700-dən çox fəlsəfə doktoru, dosent var. Universitetdə 1000 xarici vətəndaş təhsil alır. Son illərdə universitetin dörd yeni klinikası inşa olunub və istifadəyə verilib".
Fransanın Azərbaycandakı səfiri Paskal Mönye artıq üçüncü dəfədir ki, Tibb Universitetində qonaq olduğunu diqqətə çatdırıb: "Bakıya gələndə ilk dəfə məhz Tibb Universitetini ziyarət etmişdim. Universitetinizə xüsusilə minnətdaram ki, iki dəfə fransız dili üzrə müsabiqə keçirməyimizə şərait yaratmısınız. Fransa ilə Azərbaycan arasında siyasi, iqtisadi, humanitar və digər sahələr üzrə yüksək əlaqələr mövcuddur. Bizim bir layihəmiz də var. Fransa-Azərbaycan Universitetinin yaradılmasını nəzərdə tutmuşuq. Bir neçə həftədən sonra Azərbaycan tərəfi layihədə pilot universitet kimi hansı ali təhsil ocağının iştirak edəcəyini müəyyənləşdirəcək. Eyni zamanda, Azərbaycanda fransız xəstəxanasını yaratmağı düşünürük".
Görüşdə iştirak edən Fransanın "Opere Singulari" şirkətinin prezidenti Rim Sabbah, vitse-prezdenti Pyer Erbo şirkətləri haqqında ətraflı məlumat veriblər. 
Rim Sabbah bildirib ki, rəhbərlik etdiyi şirkət təkcə tibb sahəsində deyil, başqa sahələrdə də geniş imkanlara malikdir. O, gələcəkdə Azərbaycan Tibb Universiteti ilə əlaqələrini genişləndirəcəklərini qeyd edib.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol