Qax sakinini ildırım vurdu

Qaxda ildırım vuran şəxsin kimliyi müəyyənləşib. Bu 1989-cu il təvəllüdlü Nurlu Səməndər qızı Surxayevadır.
"Report" xəbər verir ki, hadisə Nurlu Surxayevanın yaşadığı evin həyətində, o, mobil telefonla danışarkən baş verib. Zərərçəkən hazırda Qax rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.
***
Azərbaycanın Qax rayonunda ildırım vurması hadisəsi baş verib.
"Report" xəbər verir ki, rayonun Zəyəm kənd sakinini ildırım vurub.
Hadisə ilə əlaqədar olaraq Qax Mərkəzi Tibbi Yardım Stansiyasının əməkdaşları hadisə yerinə yollanıblar.
Qeyd edək ki, hazırda rayon ərazisində göy gurultusu ilə müşayiət olunan leysan xarakterli yağış yağır.
Hadisə ilə bağlı ətraflı məlumat veriləcək.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























