• $
  • €
  • ₽
  • ₺
  • £

İyun ayında hava necə olacaq

İyun ayında hava necə olacaq
29.05.2015 14:58


Respublikanın bəzi yerlərində aylıq yağıntının miqdarının normadan çox olacaq

İyun aynın hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, iyun ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir. Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimalı var.

Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 23-25° isti gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr 15-20° isti təşkil edəcək. Gündüzlər 23-28° isti, bəzi günlərdə 30-35° isti gözlənilir.

Yağıntı aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 9-12 mm) olacaq.

Naxçıvan Muxtar Respublikasında orta aylıq temperatur 22-25° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr 14-19° isti təşkil edəcək. Gündüzlər 25-30° isti, bəzi günlərdə 32-36° isti gözlənilir. Yağıntı aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 21-35 mm) olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xoçalı həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında temperatur orta aylıq 15-19° isti gözlənilir ki,bu da iqlim normasına yaxın olacaq. Gecələr 10-15° isti təşkil edəcək. Gündüzlər 18-23° isti olacaq, bəzi günlərdə 29°-dək yüksələcək.

Yağıntının aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər normadan çox (norma 86-130 mm) olacağı gözlənilir.

Qazax-Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında temperatur orta aylıq 21-23° isti gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr 13-18° isti təşkil edəcək.

Gündüzlər 23-28° isti, bəzi günlərdə 30-34° isti gözlənilir. Yağıntı aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 46-63 mm) olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında temperatur orta aylıq 19-22° isti gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr 12-17° isti təşkil edəcək. Gündüzlər 20-25° isti, bəzi günlərdə 27-32° isti gözlənilir.

Yağıntı aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə bir qədər çox (norma 18-179 mm) olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında temperatur orta aylıq 23-25° isti gözlənilir ki, bu da iqlim normasına yaxın olacaq.

Gecələr 15-20 dərəcə isti təşkil edəcək.Gündüzlər 25-30° isti, bəzi günlərdə 33-36° isti gözlənilir.

Yağıntı aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 12-49mm) olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında temperatur orta aylıq 20-23° isti gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr 15-20° isti təşkil edəcək. Gündüzlər 23-28° isti, bəzi günlərdə 30-33° isti gözlənilir.

Yağıntı aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 29-47 mm) olacaq.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol