• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı Ali Neft Məktəbi İBM ilə əməkdaşlıq edəcək

Bakı Ali Neft Məktəbi İBM ilə əməkdaşlıq edəcək
29.05.2015 13:28
Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov İBM şirkətinin Mərkəzi və Şərqi Avropa ölkələri üzrə baş direktoru Devid La Ros, İBM şirkətinin Azərbaycan üzrə rəhbəri İlya Kravtsov və İBM şirkətinin əməkdaşı Bahadur İbrahimov ilə görüşüb. BANM-dan verilən xəbərə görə, rektor Elmar Qasımov qonaqları salamlayaraq, onları Bakı Ali Neft Məktəbində görməkdən məmnunluğunu ifadə edib. Elmar Qasımov rəhbərlik etdiyi Ali Məktəb haqqında geniş məlumat verərək, onun fəaliyyət istiqamətlərindən söz açıb. O, bildirib ki, BANM-də təhsil ingilis dilindədir və bu ali təhsil müəssisəsinə qəbul imtahanında ən yüksək bal toplayan abituriyentlər daxil olurlar. Elmar Qasımov Bakı Ali Neft Məktəbində tədrisin Böyük Britaniyanın Heriot-Vatt Universitetinin tədris proqramları əsasında həyata keçirildiyini vurğulayıb. O, BANM-dəki ixtisaslar haqda da məlumat verərək, Ali Məktəbin məzunlarının gələcəkdə beynəlxalq və yerli neft-qaz şirkətlərində yüksək ixtisaslı mütəxəssis kimi karyera quracaqlarına əminliyini bildirib.

Bakı Ali Neft Məktəbinin tələbələrinin bp, Statoil, Emerson, Total və digər bu kimi transmilli şirkətlərdə yay istehsalat təcrübəsi keçdiklərini bildirərək, Elmar Qasımov həmin şirkətlərin mütəxəssislərinin də BANM-də tədris prosesinə cəlb olunduqlarını vurğulayıb.

Rektor Elmar Qasımov BANM-də Tələbə Elmi Cəmiyyətinin konfranslarında şirkətlərin yaxından iştirak etdiyini, bu kimi fəaliyyətə dəstək verdiyini və həvəsləndirici hədiyyələr təqdim etdiyini də vurğulayıb. Elmar Qasımov İBM şirkəti ilə gələcək əməkdaşlıq üçün BANM-də hər cür imkanların mövcud olduğunu deyib.

İBM şirkətinin Mərkəzi və Şərqi Avropa ölkələri üzrə baş direktoru Devid La Ros səmimi qəbula görə minnətdarlığını bildirib. O. təmsil etdiyi şirkət haqda məlumat verib. Devid La Ros Bakı Ali Neft Məktəbi ilə əməkdaşlıq imkanlarının müzakirəsinə hazır olduğunu və əlaqələrin yaradılmasında maraqlı olduğunu qeyd edib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran məsələlər və ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində müzakirələr aparılıb.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol