• $
  • €
  • ₽
  • ₺
  • £

Deputatdan dini təhsillə bağlı maraqlı təklif

Deputatdan dini təhsillə bağlı maraqlı təklif
29.05.2015 23:30
Zahid Oruc yerli dini təhsilin gücləndirilməsi üçün Bakı İslam Universiteti ilə bağlı hökumətə təklif verib

Milli Məclisin deputatı Zahid Oruc dini təhsilin təkmilləşdirilməsi ilə bağlı təkliflə çıxış edib. Xaricdə dini təhsil mövzusunun problemə çevrildiyini qeyd edən deputat Milli Məclisdə çıxışında bildirib ki, xaricdə dini təhsillə bağlı müxtəlif qadağalar sistemi yaradılıb, lakin təcrübə göstərir ki, qadağalarla bu prosesin qarşısını almaq mümkün deyil. 

Deputat bu təkliflə bağlı ondan özəl açıqlama alan "Yeni Müsavat”a bildirib ki, xaricdə dini təhsil alanlara ölkə daxilində dini fəaliyyətləri həyata keçirmək qadağan edilib və bununla da həmin şəxslər faktiki olaraq çıxdaş vəziyyətinə düşüb. Eyni zamanda, xaricdən yüksək təsillə qayıdanların özləri ilə bərabər həmin ölkələrin dini siyasətini, həmçinin digər dinlərlə münasibət modelini gətirdiyini xatırladan deputat deyir ki, bu sahədə yaranmış problemli vəziyyəti qaydaya salmaq üçün yerli dini təhsili gücləndirmək lazımdır: "Bir çox hallarda gerçəklikdə şahidi oluruq ki,Ərəbistanda təhsil alanlarTürkiyə modelini və ya əksinə, qəbul etmirlər. Beləliklə, necə etməliyik ki, xaricə tələbə axını güclənməsin. Mən yeni təkliflə çıxış etdim. Bilirsiz ki, İslam Universiteti 1994 cü ildə mərhum prezident Heydər Əliyevin sərəncamı və xeyir-duası ilə yaradılıb. Bu universitet milli kadr potensialı və xaricdən asılılığı azaltmaq üçün düşünülmüşdü. Lakin büdcə çətinlikləri fonunda tələbələr ödənişli təhsilə məcbur oldular. Ona görə biz İranda, Suriyada,Türkiyədə oxuyanlara casus kimi yanaşmasaq da, onlar pulsuz təhsilə görə o ölkələri seçirlər. Bu səbəbdən də Maliyyə Nazilriyinə müraciət etdim ki, İslam Universistetində təhsilin ödənişsiz olmasını həll etməyə çalışsınlar”. 

Deputat ümid edir ki, müvafiq hökumət qurumları bu təklifi nəzərə alaraq ölkə daxilində yerli ilahiyyatçı kadrların hazırlanması istiqamətində addımlar atacaq. 

Qeyd edək ki, Azərbaycan hökuməti son 5 ildə xaricdə dini təhsilin qarşısını almaq üçün müxtəlif addımlar atsa da bu addımların faktiki nəticəsi olmayıb. 2009-cu ilin iyun ayında Mili Məclis xaricdə dini təhsil almış ölkə vətəndaşlarının dini ayinlərə rəhbərlik etməsinə qadağa qoyan dəyişiklik edib. Ancaq bu faktiki olaraq nəticəsiz olub. Xaricdə dini təhsil alanlar rəsmi ruhani vəzifəsinə təyin olunmasalar da dini fəaliyyətlərini davam etdirib. Eyni zamanda, hökumətin xaricə dini təhsil üçün gedənlərin qarşısını almaq üçün faktiki olaraq imkanları yoxdur və bu səbəbdən xarici ölkələrə dini təhsil üçün gedənlər kifayət qədər var. 

Ölkə daxilində dini təhsilin gücləndirilməsi ilə bağlı daha əvvəllər  təkliflər olsa da, bu sahə QMİ-nin nəzarətində olduğu üçün faktiki hansısa addımlar atılmayıb. Bakı İslam Universiteti pullu təhsil verdiyi üçün yalnız müvafiq imkanları olan ölkə vətəndaşları bu universitetə daxil ola bilir. Bu mənada BİU-da təhsilin ödənişsiz olması, universitetin dövlət tərəfindən maliyyələşdirilməsi bu istiqamətdə savadlı kadrların hazırlanmasına töhfə ola bilər. Ancaq o da var ki, hazırda dini təhsil müəssisələrini yaratmaq hüququ QMİ-yə məxsusdur və hökumətin bu sahəni nizamlamaq üçün müəyən qanunlarda dəyişiklik etməsi  lazım gələcək. 




www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol