• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı məktəblərində buraxılış imtahanı keçirilir

Bakı məktəblərində buraxılış imtahanı keçirilir
02.06.2015 09:00
Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Bakı şəhərində yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirir.

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, bu gün eyni zamanda Bakı şəhərində fəaliyyət göstərən məcburi köçkün rayonlarının orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlər də imtahan verirlər.

IX sinif şagirdləri üçün imtahan saat 10-da, XI sinif şagirdləri üçün isə saat 15-də başlanır.

Bakı şəhərinin orta ümumtəhsil müəssisələrinin IX siniflərində təhsil alan şagirdlərin buraxılış imtahanlarının keçirilməsi üçün ümumilikdə 76 imtahan mərkəzi yaradılıb.
 
 
Bakı şəhərində 31490 (Nərimanov rayonunda 2403, Səbail rayonunda 1641, Yasamal rayonunda 2754, Nəsimi rayonunda 2245, Nizami rayonunda 2521, Binəqədi rayonunda 3855, Sabunçu rayonunda 4503, Xətai rayonunda 3708, Suraxanı rayonunda 2878, Xəzər rayonunda 2750, Qaradağ rayonunda 2043 nəfər, Pirallahı rayonunda 189) şagirdin imtahanda iştirakı nəzərdə tutulur.

Bakı şəhərinin orta ümumtəhsil müəssisələrinin XI siniflərində təhsil alan şagirdlərin buraxılış imtahanlarının keçirilməsi üçün ümumilikdə 71 imtahan mərkəzi yaradılıb.
 
 
Bu  gün Bakı şəhərində 24408 (Nərimanov rayonunda 2050, Səbail rayonunda 1524, Yasamal rayonunda 2337, Nəsimi rayonunda 1706, Nizami rayonunda 2189, Binəqədi rayonunda 3169, Sabunçu rayonunda 2753, Xətai rayonunda 3214, Suraxanı rayonunda 2107, Xəzər rayonunda 1846, Qaradağ rayonunda 1383 nəfər, Pirallahı rayonunda 130) şagirdin imtahanda iştirakı nəzərdə tutulur.

İmtahanların idarə olunması üçün 211 imtahan rəhbəri, 2786 nəzarətçi-müəllim ayrılıb.
www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol