• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda 300 sürücü cəzalandırıldı

Bakıda 300 sürücü cəzalandırıldı
03.06.2015 10:24
Bu aydan etibarən "Bakı Sərnişinnəqliyyat” MMC-nin əməkdaşları I Avropa Oyunları ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaqlar.
 
"Bakı Sərnişinnəqliyyat” Məhdud Məsuliyyəti Cəmiyyətinin sərnişindaşımaları monitorinqi, lisenziya və fərqlənmə nişanlarının cəlb etmə şöbəsinin müdir müavini Vüqar İbrahimlinin ANS PRESS-ə verdiyi məlumata görə, oyunlar bitənə qədər 24 saatlıq iş rejimində çalışacaqlar.

Onun sözlərinə görə, paytaxt ərazisində sərnişin və yük daşıma ilə məşğul olan bütün nəqliyyat vasitələri ciddi şəkildə yoxlanılacaq.

"İyun ayının birindən etibarən 351 şəxsi heyyət və 56 avtomobil müxtəlif ərazilərdə növbə çəkəcək. Yoxlamalar zamanı qanunsuz sərnişin və yük daşıma ilə məşğul olanlar müəyyənləşdiriləcək. Eyni zamanda, təhlükəsizlik qaydalarına əməl etməyən sürücülər müəyyən ediləcək. Geyim və bəzi qaydaları pozan şəxslər də cəzalandırılacaq”.

Qurum rəsmisinin sözlərinə görə, yoxlamalar zamanı ötən ay 300-ə yaxın qanunsuz sərnişin daşıma ilə məşğul olan sürücü müəyyənləşib. Onlar fərqlənmə nişanı olmadan sərnişindaşıma ilə məşğul olurlarmış.

"Keçirilən tədbirlər nəticəsində əvvəlki illərə nisbətən qayda pozan sürücülərin sayı azalıb. Əgər əvvəllər qanunsuz sərnişindaşıma ilə məşğul olanlar çox idisə, indi artıq bunun qarşısı alınıb”, - deyə Vüqar İbrahimli qeyd edib.


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol