• $
  • €
  • ₽
  • ₺
  • £

DYP-dən sürücülər üçün aksiya - VİDEO

DYP-dən sürücülər üçün aksiya - VİDEO
03.06.2015 11:09
Ölkəmizin ev sahibliyi edəcəyi möhtəşəm tədbirə hazırlıqlar demək olar ki, başa çatır. Xüsusilə nəqliyyat infrastrukturunda görülən işlər son mərhələdədir. Oyunlar ərəfəsində həm fərdi, həm də ictimai nəqliyyatın hərəkətində müəyyən məhdudiyyətlər olacaq. 

ANN.Az ANS TV-yə istinadən xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi oyunlara az müddət qaldığından şəxsi avtomobil sürücülərinə bir daha xəbərdarlıq edib. 

"Bir ay şəxsi avtomobilsiz” şüarı altında hər bir hərəkət iştirakçısına hərəkət tövsiyə olunur. Çalışaq ki, ictimai nəqliyyat vasitələrindən istifadə etməklə Bakı şəhərində yarana biləcək süni sıxlığın qarşısını alaq. İdman oyunlarına qatılacaq tamaşaçı və idmançıların rahat, sərbəst və fasiləsiz hərəkəti üçün imkan yaradaq”, – deyə BŞDYPİ-nin ictimai əlaqələr şöbəsinin müdiri Vaqif Əsədov bildirib.

İctimai nəqliyyat bu ərəfədə səhər saat 5-dən gecə 1-ə kimi pullu xidmət göstərəcək. Amma müəyyən ərazilərə qədər. Çünki artıq bəzi avtobusların hərəkət sxemi dəyişdirilib, yalnız xüsusi icazə olduğu təqdirdə onlar oyunların keçirildiyi ərazidən, zolaqlardan keçə biləcəklər. Ümumilikdə ictimai nəqliyyatın hərəkət istiqaməti "parkinq yoxdur” adlanan ərazilərə kimi olacaq.

"O ərazidə yaşayanlar elə bilməsinlər ki, onlar xüsusi olaraq ekspress avtobusların xidmətindən pulsuz yararlana biləcəklər. Bu xidmətdən yalnız oyunlara bileti olan tamaşaçılar pulsuz yararlana biləcəklər. Həmin yerlərə yaxın ərazidə dayanacaqlar qurulacaq və vətəndaşlar yaşadıqları əraziyə nəqliyyat vasitəsi ilə gedə biləcəklər. Bir kimsə, yolda qalmayacq, hər bir şey nəzərə alınıb”, – deyə Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov bəyan edib.

Qeyd edək ki, sürücülərə və vətəndaşlara edilən bu xəbərdarlıqlar iyulun 1-ə kimi qüvvədədir.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol