• $
  • €
  • ₽
  • ₺
  • £

Rayon qeydiyyatında olan yüzlərlə maşın saxlanıldı

Rayon qeydiyyatında olan yüzlərlə maşın saxlanıldı
03.06.2015 12:58
Kütləvi informasiya vasitələrində qadağalar haqqında dəfələrlə məlumat verməyimizə baxmayaraq, bəzi sürücülər xəbərdarlığımıza məhəl qoymur.

İki gündə rayonlardan, eyni zamanda Sumqayıt və Abşerondan şəxsi nəqliyyat vasitəsilə paytaxta daxil olmağa çalışan xeyli avtomobil saxlanılıb. 

Bu sözləri Modern.az-a açıqlamasında Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev deyib. 

O, hazırda dayanacaqlarda nə qədər avtomobilin saxlanıldığını müəyyən etməyin çətin olduğunu bildirib:

"Düzdür, müraciətimizə diqqət edənlərlə yanaşı, buna fikir verməyib rayon qeydiyyatında olan avtombillərlə şəhərə daxil olmaq istəyənlər də çoxdur. Lakin onların hər biri yoxlanılır və yenidən dayanacaqlara aparılır və həmin şəxslər yenidən ictimai nəqliyyatdan istifadə etmək məcburiyyətində qalır”.  

Kamran Əliyev bildirib ki, rayonlarda, eləcə də Sumqayıt və Abşeronda qeydiyyatında olan avtomobillərdən istifadə etməklə insanlar başqalarının sərbəst hərəkətinə mane olur:

"Bununla onlar tıxacların yaranmasına səbəb olurlar”.  

O, Bakı-Sumqayıt yolunda orta zolağın bağlanması məsələsinə də münasibət bildirib. 

"Avtomobilləri saxlamaq üçün orta zolaq bağlanıb. Lakin bunun ictimai nəqliyyat vasitələrinə aidiyyəti yoxdur. Ona görə onlar digər zolaqlardan rahat istifadə edə bilərlər”.    

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol