• $
  • €
  • ₽
  • ₺
  • £

Yaşı 6-dan çox olan uşaqları 1-ci sinfə qoymayan valideynlərin nəzərinə

Yaşı 6-dan çox olan uşaqları 1-ci sinfə qoymayan valideynlərin nəzərinə
04.06.2015 14:31
Azərbaycanda yaşı 6-dan çox olan uşaqların 1-ci sinfə gec getməyinə görə inzibati tədbirlərə əl atmaqdansa, insanların "şüur"unun üzərində çalışmaq lazımdır.

Trend-in məlumatına görə, bunu Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə deyib.

Nazir bildirib ki, son tədris ilində həqiqətən 6 yaşı tamam olmuş xeyli sayda uşaq 1-ci sinfə qəbul olunmayıb.

Yaşı 6-dan çox olan uşaqların təhsilə cəlbinin yerli icra hakimiyyəti orqanlarının diqqət mərkəzində olduğuna da əminliyini bildirən M.Cabbarovun sözlərinə görə, orta təhsillə bağlı nümunəvi əsasnaməyə görə, məcburi təhsilə cəlb olunma yerli icra hakimiyyəti orqanlarının əsas vəzifələrindən biridir: "Ümid edirəm ki, onlar yerli qurumlarla, yerli təhsil şöbələri ilə sıx işləyirlər. Təbii olaraq, burada ictimaiyyətin, medianın da rolu çox mühümdür. Bir çox dövlətlərdə uşaqların təhsilə vaxtında cəlb olunmamasına, təhsildən yayınmaya görə cəzalar nəzərdə tutulur. Onlarda inzibati cəzalar da olur. Bəzi ölkələrdə isə bu Cinayət Məcəlləsinin müvafiq maddəsinin pozuntusu kimi hesab edilir".

Nazir hesab edir ki, Azərbaycanda tədbirlər belə formada həyata keçirilməli deyil. M.Cabbarovun fikrincə, bu məsələdə inzibati tədbirlərə əl atmaqdansa, insanların "şüur"unun üzərində çalışmaq lazımdır: "Başqa sözlə, təhsilin dəyəri olmalı və ölkəmizin hər bir övladının, vətəndaşının təhsil hüququnun konstutisiyon hüququ olması, onun gələcəyi üçün təhsilin çox mühüm amil olmasını nəzərə almalıyıq. Bu işi istənilən bir məmurun, dövlət qurumunun işi kimi deyil, ümümmilli iş kimi qəbul etməyimiz daha düzgün olardı".

Hazırda 1-ci siniflərə qəbul prosesinin davam etdiyini deyən nazirin sözlərinə görə, Azərbaycanda çox müsbət demoqrafik artım müşahidə olunduğu üçün yeni tədris ilində 1-ci sinfə qəbul olunacaq şagirdlərin sayının artacağı gözlənilir.

M.Cabbarov deyib ki, Təhsil Nazirliyinin orta müddətli proqnozlarına görə, növbəti 5 il ərzində orta məktəblərin şagirdlərinin sayı əhəmiyyətli dərəcədə artacaq: "Bu da təbii olaraq, təhsil sistemindən yeni çağırışlara yeni cavablar tələb edir".
www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol