Azərbaycan Əmək Məcəlləsində dəyişiklik

Prezident İlham Əliyev Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanunu imzalayıb.
"Report” xəbər verir ki, qanun "Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanunun tətbiqi ilə əlaqədar imzalanıb.
Sənədə əsasən, Əmək Məcəlləsinin 1-ci əlavəsi olan "Əmək müqaviləsinin (kontraktının) nümunəvi forması”nın 1.3-cü bəndində dəyişiklik edilib. Bundan sonra əmək müqaviləsi hüquqi qüvvəyə minən gündən yaranmış əmək münasibətləri, tərəflərin hüquqları, vəzifələri və məsuliyyəti Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydalarla və prinsiplərlə tənzimlənir.
Qeyd edək ki, indiyədək əmək müqaviləsi bağlanan gündən yaranmış əmək münasibətləri, tərəflərin hüquqları, vəzifələri və məsuliyyəti Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydalarla və prinsiplərlə tənzimlənirdi.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























