• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı Ali Neft Məktəbinin seçilmiş 10 tələbəsi Türkiyəyə gedir

Bakı Ali Neft Məktəbinin seçilmiş 10 tələbəsi Türkiyəyə gedir
05.06.2015 11:34
Bu ilin yayında Bakı Ali Neft Məktəbinin "Kimya mühəndisliyi” ixtisası üzrə 3-cü kursda təhsil alan 10 seçilmiş tələbəsi Türkiyənin İzmir şəhərində Petkim şirkətinin müəssisələrində istehsalat təcrübəsi keçəcəklər.

BANM-dən verilən məlumata görə, bu barədə Ali Məktəbin rektoru Elmar Qasımovun və "SOCAR Turkey Energy” şirkətinin Baş icraçı direktoru və Petkim şirkətinin İdarəetmə Şurasının üzvü Kənan Yavuzun görüşündə razılıq əldə edilib.
Tələbələr tikintisi davam edən nəhəng obyektdəki tikinti-quraşdırma və tamamlama işləri, hazırda fəaliyyət göstərən müxtəlif təyinatlı texnoloji qurğuların işi ilə yaxından tanış olacaqlar.

Onlar hər bir qurğunun avadanlığı, orada gedən texnoloji prosesləri, texnoloji reqlamentləri, qurğuların nəzarət və idarəetmə sistemlərinin işini və istehsalat proseslərində sağlamlıq, təhlükəsizlik və ətraf mühitin mühafizəsi tədbirlərinin tətbiqi üsullarını öyrənəcəklər. Tikintisi davam edən və bir sıra istehsal sahələri istismarda olan bu müəssisədəki istehsalat təcrübəsi tələbələrin il boyu auditoriyalarda əldə etdiyi nəzəri biliklərin təcrübə ilə vəhdətdə daha dərindən mənimsəmələrinə kömək edəcəkdir.

Razılaşmaya əsasən BANM-in tələbələri Petkim şirkətinin əməkdaşlıq etdiyi digər kimya profilli müəssisələrdə də təcrübə keçə biləcəklər.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol