• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirlər Kabineti qaydaları dəyişdi

Nazirlər Kabineti qaydaları dəyişdi
07.06.2015 12:59
Nazirlər Kabineti "Rabitə müəssisələri (operatorlar) tərəfindən rabitə vasitələrinin satışı və istifadəsi zamanı tələb olunan şərtlərin təsdiq edilməsi haqqında” qərarında dəyişikliklər edib. ANS PRESS-in APA-ya istinadən verdiyi məlumata görə, artıq rabitə vasitələrinin satışı və istifadəsi zamanı tələb olunan şərtlərə operatorlarla bərabər, onların diler və distribüterləri də əməl etməlidir.

Dəyişikliyə əsasən telefon nömrələrinin (sabit, mobil) operatorların şəbəkəsində aktivləşdirilməsi, ərizəçiyə dair məlumatlar Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) üzərindən, fiziki şəxslər üçün "Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi”, hüquqi şəxslər üçün isə Elektron Hökumət Portalına qoşulmuş informasiya sistemləri vasitəsilə identifikasiya edilərək "Rabitə müəssisələri (operatorlar) tərəfindən rabitə vasitələrinin satışı zamanı tələb olunan şərtlər”ə uyğun olaraq operatorların və MHM-in vahid məlumat bazasına onlayn rejimdə elektron formada daxil edildikdən sonra 24 saat müddətində təmin olunmalıdır.

İndiyə qədər Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyi ilə razılaşdırmaqla, rabitə müəssisələri (operatorlar) tərəfindən xidmət göstərilən fiziki və hüquqi şəxslərlə bağlanılan müqavilələrdə nəzərdə tutulması vacib olan məlumatların yazılması qaydalarının qəbul edilməsini, habelə həmin şəxslər haqqında vahid məlumat bazasının formalaşdırılmasının təşkilini və digər məsələlərin həll olunmasını təmin edib. Dəyişikliyə əsasən bundan sonra Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyi ilə razılaşdırmaqla, rabitə müəssisələri (operatorlar) tərəfindən xidmət göstərilən fiziki və hüquqi şəxslər haqqında vahid məlumat bazasının formalaşdırılmasının təşkilini və digər məsələlərin həll olunmasını təmin etməlidir. Rabitə müəssisələri (operatorlar) öz şəbəkələrinin, əlaqədar sistem və texniki vasitələrinin bu qərara uyğunlaşdırılmasını 3 ay müddətində tam başa çatdırmalı və bu müddətdən sonra telefon nömrələrinin (sabit, mobil) satışını yalnız bu qərara uyğun həyata keçirməlidir. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə bu qərarın icrasını nəzarətdə saxlamaq tapşırılıb.






www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol