• $
  • €
  • ₽
  • ₺
  • £

Təhsildən kənarda qalan qız uşaqları ilə bağlı problem gündəmə gətirildi

Təhsildən kənarda qalan qız uşaqları ilə bağlı problem gündəmə gətirildi
29.05.2020 07:48
Demokratik İslahatlar Partiyası və "Qadın Liderliyi Uğrunda” İctimai Birliyinin (QLUİB) təşəbbüsüylə "Qız uşaqlarının təhsildən erkən ayrılmasına necə mane olmalı: problemlər, hüquqlar, həll yolları” mövzusunda debat keçirilib.

 Debatın açılış nitqini edən QLUİB sədri Ülkər Abdullayeva bildirib ki, apardıqları araşdırmalar nəticəsində ölkədə xeyli sayda azyaşlı və yetkinlik yaşına çatmamış qız uşaqlarının icbari təhsildən kənarda qalması hallarının olduğu ortaya çıxıb. Bu problem xüsusilə Bakı kəndlərində, Azərbaycanın cənub və şumal-qərb rayonlarında özünü biruzə verib. Qızlar ya ümumiyyətlə məktəblərə getmir, ya da ibtidai siniflərdən başlayaraq orta məktəbi tərk edirlər. Araşdırmalar zamanı qızların təhsildən erkən ayrılmasının əsas səbəbi kimi valideynlərin təzyiqləri, uşaqların oxumaq istəməməsi və ailələrin maddi imkansılığı göstərilib. "Bəzi valideynlər bildiriblər ki, qızları yuxarı siniflərdə oxumağa buraxmaq düzgün deyil. Çünki toplum yeniyetmə qızların məktəbə getməsini yaxşı qarşılamır. Valideynlər guya bununla qızlarını kənar təsirlərdən qorumağa çalışırlar. Lakin qızların məcburi orta təhsildən ayrılması cəmiyyətdə bir sıra problemlərə, savadsız qadın ordusunu yaranmasına, erkən nikahlara, qadına qarşı zorakılığa şərait yaradır.” – deyən Ü.Abdullayeva bildirib ki,  QLUİB AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "İşıqlı gələcək üçün oxu: Qız uşaqlarının təhsildən erkən ayrılmasının qarşısının alınmasına dair maarifləndirmə kampaniyasının və ictimai müzakirələrin təşkili" layihəsinə start verib. Bu layihə çərçivəsində debatlar açıq elan edilib. Sözügedən debatlara Demokratik İslahatlar Partiyası və onun sədri, millət vəkili Asim Mollazadə də yaxından dəstək verir. Sözügedən debatlar davamlı olacaq və getdikcə daha çox insanı, təşkilatları və dövlət qurumlarını əhatə edəcək. Sözügedən problemin həlli üçün cəmiyyətin bütün qüvvələri səfərbər ediləcək. "Biz 21-ci əsrin "fatma-tükəzbanları”nı yetişdirmək niyyətində deyilik. Məqsədimiz qız uşaqlarının işıqlı gələcəyini təmin edə bilmək üçün onların orta məktəbdən başlayan təhsillərinə sonadək dəstək verməkdir. Eyni zamanda bu yolda əngəl olmağa çalışan insanları inandırmaq, maarifləndirməkdir.” – deyə QLUİB sədri əlavə edib.

Millət vəkili Asim Mollazadə çıxışında Azərbaycan qadınlarının tarixi missiyasını xatırladıb. O qeyd edib ki, İslam və Türk dünyasında tarixən lider olan Azərbaycan qadınlarının təhsil hüquqlarının məhdudlaşdırılması, gələcək inkişaflarının qarşısının kiçik yaşlardan alınması yolverilməzdir. "Qız uşaqlarının nəinki ucqarlarda, hətta ölkə paytaxtının yaxınlığında yerləşən ərazilərdə belə məcburi təhsildən yayındırılması böyük problemdir. Bu problem getdikcə daha da böyüyəcək. Bunun qarşısını təkcə inzibati metodlarla almaq mümkün olmayacaq. Odur ki, cəmiyyət bu istiqamətdə maarifləndirilməlidir. Cəmiyyətin qız uşaqlarına, qadınlara münasibəti dəyişməyincə, nə təhsilsizlik və ya yarımçıq təhsil problemini, nə qadına qarşı zorakılığı, nə də erkən evliliyi aradan qaldırmaq mümkün olmayacaq. Cəmiyyətin bu məsələylə bağlı müqavimətini təşkil etmək vacibdir. Bu istiqamətdə əsas yük məhz qeyri-hökumət təşkilatlarının, məktəblərin, müəllimlərin üzərinə düşür.” – dyə Asim Mollazadə bildirib. Millət vəkili öz dəstəyini bu sözlərlə ifadə edib: "Biz də həm partiya, həm də parlamentdə mandat qazanmış qüvvə olaraq bu problemin həllinə dəstək verməyə həmişə hazırıq. Cəmiyyətin təşəbbüslərini dəstəkləyəcəyik və qaldırılan problemlərin həlli, təkliflərinin həyata keçməsi üçün həm parlament, həm də müvafiq dövlət qurumları qarşısında məsələ qaldıracağıq.”

Sonra çıxış edən QHT liderlərindən Yeganə Hacıyeva, Sevil Yusifova, Lətafət Əlizadə, təhsil işçilərindən Gülər Musayeva, Cavid Cəfərzadə, Aynur Zamanova, Aygün Məmmədova, Nəzakət Həsənova və digərləri mövcud problemlər, qanunvericilik, həll yolları barədə fikir və təkliflərini səsləndiriblər. Debatın sonunda təkliflərdən ibarət paketin hazırlanması, müvafiq səlahiyyətli qurumlara verilməsi qərara alınıb. Həmçinin sözügedən problemin həlli məqsədilə Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Hüquqları üzrə Dövlət Komitəsi, parlamentin müvafiq komitələri və ictimai təşkilatların üzvlərindən ibarət işçi qrupunun yaradılması ideyası səslənib. Bu istiqamətdə müvafiq danışıqların aparılması millət vəkili Asim Mollazadəyə və QLUİB-yə tövsiyə edilib.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol