• $
  • €
  • ₽
  • ₺
  • £

Azyaşlı ilə cinsi əlaqəyə görə cəza sərtləşdirildi

Azyaşlı ilə cinsi əlaqəyə görə cəza sərtləşdirildi
11.06.2015 12:59
14 yaşına çatmayan şəxslə cinsi əlaqədə olan 6 ilədək həbs cəzası ala bilər.  

Prezident İlham Əliyevin iyunun 10- da imzaladığı sərəncamda belə deyilir. Sərəncam "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 may tarixli 1296-IVQD nömrəli Qanununun tətbiqi barədədir.

"Trend”in məlumatına görə, Cinayət Məcəlləsinin 152 və 153-cü maddələrinin mətninə dəyişiklik edilib.

152-ci maddədə deyilir ki, 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə 3 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Bu maddəyə əlavələr edilib. 

Eyni əməllərin 14 yaşına çatmayan şəxsə qarşı edilməsi 3 ildən 6 ilədək azadlıqdan məhrumetmə ilə nəticələnəcək.

153-cü maddəyə görə, 14 yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmə 2 ilədək islah işləri və ya 2 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Bu maddəyə də əlavə edilib. 16 yaşına çatmayan şəxsə qarşı bu hərəkəti törədən 1 ildən 2 ilədək islah işləri və ya 3 ildən 3 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.

Ancaq şəxslər arasındakı yaş fərqinə görə cəza tətbiq edilməyə bilər. Belə ki, əməli törədən zərərçəkənlə arasındakı yaş fərqi 2 ildən çox olduğu halda məsuliyyətə cəlb olunacaq.


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol