• $
  • €
  • ₽
  • ₺
  • £

Daxili İşlər Nazirliyi “ASAN xidmət” üçün işçi axtarır

Daxili İşlər Nazirliyi “ASAN xidmət” üçün işçi axtarır
11.06.2015 13:07
 Daxili İşlər Nazirliyi (DİN) Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xətti üzrə 5 saylı Bakı "ASAN xidmət” mərkəzində 20, Sabirabad "ASAN xidmət” mərkəzində 14, Bərdə "ASAN xidmət” mərkəzində 17, ümumilikdə 51 vakant kiçik rəis heyəti vəzifələrində xidmətə qəbulla əlaqədar müsabiqə elan edir.

 DİN-in mətbuat xidmətindən "Report”a bildirilib ki, müsabiqədə yaşı 25-dən yuxarı olmayan, "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamə” ilə müəyyən olunmuş şərtlərə cavab verən, boyu 160 santimetrdən yuxarı, əvvəllər məhkum olunmamış, ali və ya orta-ixtisas, yaxud tam orta təhsilli, Azərbaycan Respublikasının qadın vətəndaşları iştirak edə bilərlər.

Müsabiqə iştirakçılarının sağlamlıq vəziyyəti, biliyi və fiziki hazırlıq səviyyəsi müəyyən olunmuş normativlər üzrə yoxlanacaq, ali təhsilli və xarici dil bilən namizədlərə üstünlük veriləcək.

5 saylı Bakı "ASAN xidmət” Mərkəzinə müsabiqədə iştirak üçün - Bakı şəhərində yaşayış yeri üzrə qeydiyyatda olanlar Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinə, Sabirabad "ASAN xidmət” Mərkəzinə müsabiqədə iştirak üçün - Sabirabad və ətraf rayonlarda yaşayış yeri üzrə qeydiyyatda olanlar Sabirabad Rayon Polis Şöbəsinə, Bərdə "ASAN xidmət” Mərkəzinə müsabiqədə iştirak üçün - Bərdə və ətraf rayonlarda yaşayış yeri üzrə qeydiyyatda olanlar Bərdə Rayon Polis Şöbəsinə müraciət edə bilərlər.
Müsabiqədə iştirak etmək istəyən şəxslər iyul ayının 10-dək həftənin iş günləri saat 10-dan 17-dək elanda göstərilən polis orqanlarına müraciət edərək şəxsiyyət vəsiqəsi, təhsil haqqında sənədin əsli və əmək kitabçasını (olanlar üçün) şəxsən təqdim etməlidirlər.

Əlavə məlumat üçün əlaqə telefonları:
(012) 590-95-23 - DİN Baş Kadrlar İdarəsi
(012) 590-82-17 - DİN Baş Kadrlar İdarəsi
(020) 205-28-02 - Bərdə RPŞ
(021) 235-70-56 - Sabirabad RPŞ.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol