• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan prezidenti rusiyalı həmkarını təbrik etdi

Azərbaycan prezidenti rusiyalı həmkarını təbrik etdi
11.06.2015 19:21
"Əminəm ki, ölkələrimiz arasında strateji tərəfdaşlıq regionda sülh və sabitlik naminə bundan sonra da genişlənəcək”

Azərbaycan prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putini ölkəsinin dövlət bayramı münasibəti ilə təbrik edib.
 
APA-nın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:
 
"Hörmətli Vladimir Vladimiroviç, Sizi və Rusiyanın dost xalqını dövlət bayramınız – Rusiya Günü münasibətilə ürəkdən təbrik edirəm.
 
Dost Rusiya bu gün cəmiyyətin modernləşdirilməsi, dinamik inkişaf və tərəqqi yolunda inamla irəliləyir. Rusiya Federasiyası qısa müddətdə sosial-iqtisadi inkişafda və beynəlxalq proseslərdə öz mövqeyinin və rolunun gücləndirilməsində sanballı uğurlar qazanıb.
 
Azərbaycan ilə Rusiyanı çoxəsrlik möhkəm dostluq və mehriban qonşuluq telləri bağlayır. Sevindiricidir ki, bu xoş münasibətlər hərtərəfli inkişaf edir və möhkəmlənir. Əminəm ki, ölkələrimiz arasında strateji tərəfdaşlıq və çoxplanlı qarşılıqlı fəaliyyət bizim birgə səylərimizlə xalqlarımızın tərəqqisi naminə, regionda sülh, sabitlik və həmrəylik naminə bundan sonra da hərtərəfli genişlənəcək.
 
Bu yaxınlarda Moskvada Sizinlə görüşümüzü səmimiyyətlə xatırlayıram.
 
Hörmətli Vladimir Vladimiroviç, Sizə möhkəm cansağlığı və uğurlar, bütün Rusiya xalqına sülh və firavanlıq arzu edirəm”.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol