• $
  • €
  • ₽
  • ₺
  • £

ARGTMŞ-ın mükafatlandırma mərasimi keçirilib

ARGTMŞ-ın mükafatlandırma mərasimi keçirilib
12.06.2015 15:07
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) ofisində, təşkilat tərəfindən "Bakı 2015” 1-ci Avropa Oyunlarına dəstək olaraq "twitter”də həyata keçirilən kampaniyanın mükafatlandırma mərasimi keçirilib.

 "Creatweet” ("creative” – yaradıcı, "tweet” – tvit, "yaradıcı cavab”) adlı kampaniyanın mükafatlandırma mərasimində Azərbaycan Respublikası Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev, Gənclər təşkilatları ilə iş sektorunun müdiri Fuad Babayev, Azərbaycan respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə ARGTMŞ-ın üzvü olan gənclər təşkilatlarının rəhbər və nümayəndələri, kampaniyanın iştirakçıları və mətbuat nümayəndələri iştirak ediblər.

Tədbirə ARGTMŞ-ın sədri Şahin Seyidzadənin açılış nitqi ilə başlanılıb. Azərbaycanın ən böyük gənclər platformasının sədri qeyd edib ki, təşkilat tərəfindən təşəbbüs "twitter”də ARGTMŞ-ın üzvü olan gənclər təşkilatlarının #Baku2015 haşteqi vasitəsi ilə Avropa Oyunlarına dəstəyini nümayiş etdirməkdir. Kampaniya çərçivəsində həyata keçirilən fəaliyyəti iştirakçıların diqqətinə çatdıran Şahin Seyidzadə bildirib ki, Avropa Oyunları ərəfəsində kampaniyanın iştirakçısı olan 43 nəfər tərəfindən #Baku2015 haşteqi ilə 46 653 tvit yazılıb. Kampaniya çərçivəsində yazılan tvitlər son 1 ay ərzində bütün dünya üzrə #Baku2015 haşteqi ilə yazılan tvitlərin 34,74%-ni təşkil edib.

Azərbaycan Respublikası Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev ARGTMŞ tərəfindən irəli sürülən təşəbbüsü yüksək qiymətləndirib. O, sosial şəbəkələr və onların alətlərindən istifadənin vacibliyini vurğulayıb. Nazir müavini həmçinin Azərbaycanın Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi etməyə hazır olduğunu bildirib və gənclər təşkilatlarını sosial şəbəkələrdə Avropa Oyunlarının timsalında Azərbaycanı təbliğ etməyə çağırıb.

Daha sonra rəsmilər tərəfindən kampaniyanın yüksək nəticə göstərmiş iştirakçılarının mükafatlandırılma mərasimi həyata keçirilib. Kampaniya iştirakçıları Aytac Hüseynli həvəsləndirici, Yalçın Abbasov 3-cü, Minacət Əliyeva 2-ci və Kənan Məmmədov 1-ci yerə layiq görülüb.

Məlumat üçün qeyd edək ki, "Bakı 2015” 1-ci Avropa Oyunlarına onlayn dəstək məqsədi daşıyan kampaniya çərçivəsində ARGTMŞ-ın üzvü olan gənclər təşkilatlarının rəhbər və fəalları tərəfindən "Twitter” sosial şəbəkəsində sözü gedən mövzüda twittlər yazılıb. Kampaniynın sonunda trend olan, maraq doğuran "twitter”lər yazan iştirakçılar arasında qaliblər və fəallar müəyyən olunub.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol