• $
  • €
  • ₽
  • ₺
  • £

Hansı jurnalistlər mükafatlandırılacaq - siyahı hazırlanır

Hansı jurnalistlər mükafatlandırılacaq - siyahı hazırlanır
13.06.2015 11:20
Bəzilərində siyahı hazırdır, bəziləri isə düşünür 

İyunun 6-da Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov baş redaktorlarla keçirilən görüşdə mətbuatın inkişafında rolu olan jurnalistlərin mükafatlandırılacağını deyib. O, redaksiyalarda hazırlanacaq siyahının prezidentə təqdim ediləcəyini də bildirib.

"Yeni Müsavat” qəzetində hələ ki bu məsələ ilə bağlı yekun qərar, siyahı yoxdur. İlkin müzakirələr baş tutsa da, ad alacaq əməkdaşların siyahısı müəyyənləşməyib. Bu barədə qəzet rəhbərliyindən verilən məlumatda bildirilir. 

"Azadlıq” qəzetinin redaktoru Sücəddin Şərifov isə bildirdi ki, hələlik bu mövzuda redaksiya daxilində heç bir müzakirə olmayıb. Müsahibimizin sözlərinə görə, bu səbəbdən də konkret qərar yoxdur. "Siyahı göndərməmə, bu adlardan imtina etmə ehtimalınız varmı” sualına cavabda redaktor dedi ki, hər şey redaksiya heyətinin verəcəyi qərardan asılıdır: "Müzakirə apamamışıq. Ona görə də konkret heç nə deyə bilmərik”. 

"525-ci qəzetin” baş redaktoru Rəşad Məcid isə siyahının artıq müəyyənləşdiyini bildirib. Amma o, bu siyahını mətbuata açıqlamayacaqlarını, rəsmi qurumlara göndərəcəklərini deyib. 

Mətbuat Şurasının sədri Əflatun Amaşov isə mətbuatın 140 illik yubileyi münasibətilə mükafatlandırılmaya təqdim olunmaq üçün quruma 100-ə yaxın müraciətin daxil olduğunu deyir. Amma redaksiyalar və jurnalist təşkilatları əməkdaşlarının mükafatlandırılması ilə bağlı Prezident Administrasiyasına özləri də müraciət edə bilərlər. MŞ sədrinin sözlərinə görə, mükafatla bağlı müraciətlərin qəbul olunması iyul ayının ortalarına qədər davam edəcək. İyulun 20-nə qədər qaliblər müəyyənləşəcək. Milli Mətbuat Günündə -iyulun 22-də mükafatlandırma olacaq".

Xatırladaq ki, iyunun 2-də Prezident İlham Əliyev Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla Prezident Administrasiyasına Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Mətbuat Şurası ilə birlikdə Bakı şəhərində və respublikanın bölgələrində yubiley tədbirlərinin keçirilməsini təmin etmək, jurnalist təşkilatlarının və redaksiyaların təklifləri əsasında milli mətbuatın inkişafında xidmətləri olan jurnalistlərin mükafatlandırılması haqqında təklifləri bir ay müddətində prezidentə təqdim etmək tapşırılıb.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol