Polis yol qəzasında vəfat etdi

Ötən gün Oğuz-Şəki yolunun 35-ci km-də baş verən qəza nəticəsində xəsarət alan 26 yaşlı Tural Tofiq oğlu Əliyev iyunun 13-də günorta saatlarında aldığı ağır bədən xəsarətlərindən Şəki Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsində dünyasını dəyişib.
Tural Əliyev Oğuz rayon Polis şöbəsinin müvəqqəti saxlama yerində polis çavuşu vəzifəsində işləyirdi.
Hazırda faktla bağlı Oğuz Rayon Prokurorluğunda araşdırma aparılır.
www.ann.az
"Qafqazinfo” report-a istinadən xəbər verir ki, Tural Əliyev dünən axşam saatlarında idarə etdiyi "Mercedes" markalı 99-FH-324 dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən idarəetməni itirməsi nəticəsində maşını yolun kənarındakı ağaca çırpıb.
Hazırda faktla bağlı Oğuz Rayon Prokurorluğunda araşdırma aparılır.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























