• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlı qaçqının iddiası Avropa məhkəməsində

Azərbaycanlı qaçqının iddiası Avropa məhkəməsində
15.06.2015 10:42
Sabah Avropa məhkəməsində Azərbaycan üçün tarixi qərar qəbul edilə bilər.

ANS PRESS-in məlumatına görə, bu barədə "Newsweek" jurnalı "Çıraqov Ermənistana qarşı” məhkəmə iddiası barədə yazarkən qeyd edir.

Londonun Midleks universitetində yerləşən İnsan haqları üzrə Avropa mərkəzinin direktoru (EHRAC) Filip Liç bu işi "uzun müddət gedən mübarizə” adlandıraraq bütün Avropada olan qaçqınlara şamil oluna biləcək tarixi qərar qəbul oluna biləcəyini qeyd edir.

Onun sözlərinə görə burada qaçqın və məcburi köçkünlərin haqqlarının qorunması yönündə çox vacib məsələlər önə çəkilir. "Müsbət nəticə bir dönüş nöqtəsi yaradan qərar olacaq, belə ki, Avropa məhkəməsi bu günə kimi belə bir məsələ həll etməmişdi və bu qaçqınların hakimiyyətə qarşı haqqlarını qoruyacaq”- deyə Linç bildirib.

O əlavə edib ki, müsbət nəticə bu kimi məhkəmə işlərinin çoxlamasına gətirib çıxara bilər ki, bu sözü gedən münaqişədən əlavə Avropada mövcud digər münaqişələrə də toxuna bilər. Professor həmçinin məhkəmənin müsbət nəticəsinin ölkələr arasında münaqişənin həlli yolunda danışıqlara yeni nəfəs verə bilər.

Qeyd edək ki, azərbaycanlı Çıraqov ailəsinin Ermənistan hökümətinə qarşı Avropa məhkəməsində qaldırdığı "Çıraqov Ermənistana qarşı” idiası ilə bərabər erməni ailəsi tərəfindən "Sarkisyan Azərbaycana qarşı” iddiası qaldırılıb. 

İnsan haqları üzrə Avropa məhkəməsi 2010-cu ilin 15 sentyabr tarixindən bu yana iddialara baxmağa başlayıb. Sabah hər iki iddia üzrə qərar qəbul ediləcək.


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol