• $
  • €
  • ₽
  • ₺
  • £

Yay yağışı yağacaq - HAVA PROQNOZU

Yay yağışı yağacaq - HAVA PROQNOZU
15.06.2015 19:02
Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli az yağış yağacağı ehtimalı var


İyunun 16-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz saatlarında yarımadanın bəzi yerlərində qısa müddətli az yağış yağacağı ehtimalı var. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev "Report"a bildirib ki, sabah paytaxtda şimal küləyi əsəcək. Havanın temperaturu gecə 19-22, gündüz 27-32 dərəcə isti olacaq.

Sabah Azərbaycanın əksər rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-22, gündüz 30-35, dağlarda gecə 10-15, gündüz 19-24 dərəcə isti olacaq.

Baş hidroloq onu da qeyd edib ki, yaxın 2-3 gün ərzində havanın temperaturunda elə də ciddi dəyişiklik gözlənilmir.

Abşeron çimərliklərində dəniz suyunun temperaturuna gəlincə, Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23, Türkan, Hövsan, Şıx, Sahildə 23-24 dərəcə isti təşkil edəcək.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol