• $
  • €
  • ₽
  • ₺
  • £

PKK-ya qoşulan azərbaycanlı tələbələrin valideynləri səfirliyə müraciət etdi

PKK-ya qoşulan azərbaycanlı tələbələrin valideynləri səfirliyə müraciət etdi
17.06.2015 13:35
Türkiyədə təhsil alan 3 azərbaycanlı tələbənin terrorçu PKK silahlı dəstəsi sıralarına qoşulması xəbəri Azərbaycanda ciddi səs-küy doğurub. Şimali İraqda çəkildiyi iddia edilən videoçarxda PKK terrorçularının sıralarında döyüşən azərbaycanlıların bu ilin aprel ayında Türkiyədə yoxa çıxan 3 tələbə olduğu bildirilib.

Azərbaycanın Türkiyədəki Səfirliyinin mətbuat müşaviri Elbəy Əliyev Modern.az-a açıqlamasında 3 tələbədən yalnız 2-sinin valideyinin onlara müraciət etdiyini vurğulayıb.

"Tələbələrdən Sənan Güləhmədov, Mobil Tağızadənin valideyinləri övladlarının yoxa çıxması ilə bağlı telefonla bizə müraciət ediblər. Biz də səfirlik olaraq Türkiyənin müvafiq qurumlarına müraciət ünvanlamışıq”.

Qeyd edək ki, bu ilin aprel ayında yoxa çıxmış azərbaycanlı gənclər Yıldırım Beyazit Universitetinin tələbəsi Sənan Güləhmədov, Ankara Unversitetində oxuyan Mobil Tağızadə və Turqut Özal Universitetinin tələbəsi MəmmədhüseynRüstəmov olduğu bildirilib.

Azərbaycanın Türkiyədəki Səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova onların özəl xətlərlə Türkiyədə oxumağa getdiklərini qeyd edib.

Bu il iyunun 6-da YouTube sosial şəbəkəsində "Azeri gençler PKK saflarında 1” adı altında özünü azərbaycanlı tələbələr kimi təqdim edən 3 şəxslə videomüsahibə yayılıb. Onlar PKK-ya xas olan geyimdədir, çiyinlərində "Kalaşnikov” avtomatı var. Videomüsahibədə gənclər Azərbaycandan oduqlarını, Türkiyə universitetlərində təhsil aldıqlarını və RKK-ya qoşulduqlarını təsdiq edirlər. Onlar özlərini Yıldırım Beyazit Universitetinin tələbəsi Fərəməz Azəri, Turqut Ozal Universaitetinin tələbəsi Babək Hakır, Balikesir Universitetinin tələbəsi Azad Mirkan kimi təqdim edir. Bu gənclərin əsl adları belədir: Mobil Tağızadə, Sənan Güləhmədov və Məmmədhüseyn Rüstəmov.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol