• $
  • €
  • ₽
  • ₺
  • £

Mehriban Əliyeva Süleyman Dəmirəlin ailəsinə başsağlığı məktubu göndərdi

Mehriban Əliyeva Süleyman Dəmirəlin ailəsinə başsağlığı məktubu göndərdi
18.06.2015 19:21
"Bu böyük insan öz vətənində olduğu kimi, Azərbaycanda da heç zaman unudulmayacaq”

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəlin vəfatı ilə əlaqədar mərhumun ailə üzvlərinə, qohumlarına və yaxınlarına başsağlığı məktubu göndərib. 
 
Heydər Əliyev Fondundan APA-ya verilən məlumata görə, Mehriban Əliyeva qardaş Türkiyənin görkəmli siyasi xadimi, Azərbaycan xalqının böyük dostu Süleyman Dəmirəlin bütün həyat yolunun, qardaş Türkiyə Respublikasının firavanlığı naminə yüksək dövlət fəaliyyətinin ona dünyada nüfuz, dərin hörmət və ehtiram qazandırdığını bildirib və bu böyük insanın vəfatı xəbərinin dərin kədər hissi ilə qarşılandığını qeyd edib: 
 
"Azərbaycan və türk xalqları arasında çoxəsrlik dostluq, mehriban qonşuluq və qarşılıqlı dəstək ənənələrinin qorunub saxlanmasına, inkişafına və möhkəmləndirilməsinə Süleyman Dəmirəlin şəxsi töhfəsi əvəzsizdir. Qardaş ölkələrimizin yeni dövlətlərarası münasibətlərinin, strateji tərəfdaşlığının təşəkkülünün və inkişafının əsası bir-birini dost və qardaş hesab edən Azərbaycanın ümummilli lideri Heydər Əliyev və Süleyman Dəmirəl tərəfindən qoyulub. Təsadüfi deyil ki, Türkiyə ilə Azərbaycan arasında dostluq əlaqələrinin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə Süleyman Dəmirəl Azərbaycanın "Şərəf” ordeni ilə təltif edilib. Xalqlarımızın iki dahi oğlunun - Heydər Əliyevin və Süleyman Dəmirəlin böyük dostluğu bizə örnək olaraq xatirimizdə həmişəlik qalacaqdır. Əminik ki, bu böyük insan, yüksək nüfuz sahibi, bütün fəaliyyəti ilə xalqına hədsiz sədaqət nümunəsi göstərmiş müdrik və uzaqgörən siyasətçi öz vətənində olduğu kimi, Azərbaycanda da heç zaman unudulmayacaq”.


www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol